veten informasiya agentliyi

Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq

Tarix:Bu gün, 13:18
Baxış Sayı:2



"İxracın strukturu və coğrafiyası genişlənir. Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20%-dən çox artaraq 3,6 milyard dollara çatıb, bunun 60%-dən çoxu sənaye məhsullarıdır. Daxili bazarın məhdud həcmi nəzərə alınaraq müəssisələrin daha çox xarici bazarlara istiqamətlənməsi iqtisadi siyasətin mühüm vəzifələrindəndir".

Bunu Milli Məclisin 3 komitəsinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.

Nazir müavini bildirib ki, Ələt Azad İqtisadi Zonası sahibkarlara əlverişli biznes mühiti təqdim edir: "Gələn ildən bu zonada istehsal olunan, təsdiq edilmiş siyahıya daxil olan Azərbaycan mənşəli məhsulların ən azı yarısı ixrac edildiyi halda, digər hissəsi daxili bazara gömrük rüsumu olmadan çıxarıla biləcək. Zonanın infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görüləcək işlər istehsal və ixrac potensialını artıracaq".



Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı
Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı
Cəlilabadda 10 yaşlı qız qızdırmadan öldü
Cəlilabadda 10 yaşlı qız qızdırmadan öldü
ABŞ Qətərdə keçiriləcək DÇ-dən imtina etdi - Yaxın Şərqdə ara qarışacaq
ABŞ Qətərdə keçiriləcək DÇ-dən imtina etdi - Yaxın Şərqdə ara qarışacaq
Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq
Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq
Yer kürəsinin tarixində 2,5 milyard il əvvəl nə baş verib? - Alimlər sirri açdı
Yer kürəsinin tarixində 2,5 milyard il əvvəl nə baş verib? - Alimlər sirri açdı
Zəngəzur dəhlizi ilə bağlı İrəvanda mühüm müzakirə
Zəngəzur dəhlizi ilə bağlı İrəvanda mühüm müzakirə
Polad Həşimovun anasının səhhəti ilə bağlı son məlumat
Polad Həşimovun anasının səhhəti ilə bağlı son məlumat