Birləşmiş Ştatlar prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Ukrayna Prezidenti Volodimir Zelenskiyə münaqişənin tənzimlənməsi üzrə danışıqlarda qışa qədər irəliləyişə nail olmaq istədiklərini bildiriblər.
Bu barədə “Axios” nəşri mənbələrə istinadla məlumat yayıb.
Nəşrdə iddia olunub ki, Uitkoff və Kuşner Zelenski ilə Ukraynanın qış dövründə hərbi əməliyyatların keçirilməsinə hazırlığını müzakirə ediblər.
Nəşrin məlumatına görə, Ağ evin nümayəndələri Zelenski və onun baş müşavirləri ilə iki dəfə görüşüblər. Üçüncü görüşə Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik üzrə müşavirləri də qoşulublar.
“Zelenski ilə ikinci görüşdən sonra Trampın elçiləri "məzmunlu müzakirədən ruhlandıqlarını" və daha böyük irəliləyiş əldə olunacağına ümid etdiklərini bəyan ediblər”, - deyə publikasiyada bildirilir.