veten informasiya agentliyi

Dünya xəritəsi dəyişir - Tarixi qərar

Tarix:6-09-2026, 22:46
Baxış Sayı:2



Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ölkələrin və qitələrin həqiqi ölçülərini daha düzgün əks etdirən yeni dünya xəritəsindən istifadəni təşviq edən qətnaməni qəbul edib. Afrika ölkələrinin təşəbbüsü ilə hazırlanan "Xəritəni düzəlt" adlı qətnaməyə 164 ölkə dəstək verib, 6 ölkə bitərəf qalıb, yalnız ABŞ əleyhinə səs verib.

Söhbət xüsusilə uzun illərdir geniş istifadə olunan Merkator proyeksiyasından imtina edilməsinə və qitələrin ölçülərini daha real göstərən Equal Earth proyeksiyasının təşviqinə yönəlmiş təşəbbüsdən gedir.

16-cı əsrdə flamand kartoqraf Gerardus Merkator tərəfindən hazırlanmış xəritə proyeksiyası naviqasiya üçün əlverişli olsa da, qütblərə yaxın ərazilərin ölçüsünü olduğundan böyük göstərir.

Bu səbəbdən xəritədə Afrika öz real ölçüsündən xeyli kiçik görünür. Məsələn, Merkator xəritəsində Qrenlandiya Afrika ilə təxminən eyni ölçüdə təsvir olunur. Halbuki Afrika Qrenlandiyadan təxminən 14 dəfə böyükdür.

Afrika ölkələri hesab edirlər ki, bu təhrif qitənin dünyadakı təsəvvürünə də təsir göstərib. Təşəbbüsün məqsədi Afrikanın xəritələrdə real ölçüsünün və qlobal əhəmiyyətinin daha düzgün əks etdirilməsidir.

Qətnamə Equal Earth xəritə proyeksiyasının daha geniş istifadəsini təşviq edir. Bununla belə, qərar hüquqi baxımdan məcburi xarakter daşımır.

Qətnamədə Merkator proyeksiyasının dəniz və hava naviqasiyasında istifadəsinin şübhə altına alınmadığı vurğulanır. Bu proyeksiya həmin sahələrdə hələ də funksional və əlverişli hesab olunur

Səsvermədə qətnaməyə qarşı çıxan yeganə ölkə ABŞ olub. Vaşinqton bu təşəbbüsün "ideoloji gündəm" daşıdığını və beynəlxalq sülh, rifah və ölkələr arasında münasibətlər kimi real problemlərdən diqqəti yayındırdığını bildirib.

Afrika İttifaqının təşəbbüsünə rəhbərlik edən ölkələr isə qərarı mühüm tarixi addım kimi qiymətləndiriblər.

Təşəbbüsün tərəfdarları xəritələrin məktəblərdə, dərsliklərdə, mediada, biznesdə və rəqəmsal platformalarda daha düzgün coğrafi təsvirlər əsasında hazırlanmasını istəyirlər.

Beləliklə, BMT-nin qərarı ilə dünyada əsrlərdir geniş istifadə olunan xəritə təsvirinə yenidən baxılması istiqamətində mühüm addım atılıb. Məqsəd dünyanın siyasi sərhədlərini dəyişmək deyil, qitələrin ölçülərini xəritədə daha real göstərməkdir.

Kənd yumurtası kəskin bahalaşdı
Kənd yumurtası kəskin bahalaşdı
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər
Bu gün hava yağmursuz keçəcək
Bu gün hava yağmursuz keçəcək
Soyuq havada gözlərin yaşarmasının səbəbi məlum oldu
Soyuq havada gözlərin yaşarmasının səbəbi məlum oldu
DMX Rusiya vətəndaşlarına çağırış etdi
DMX Rusiya vətəndaşlarına çağırış etdi
Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?
Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?
Milli Məclisin plenar iclası başladı
Milli Məclisin plenar iclası başladı
BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi
BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi