veten informasiya agentliyi

Messi rekordları alt-üst etdi

Tarix:17-06-2026, 10:53
Baxış Sayı:53

Messi rekordları alt-üst etdi

Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatında bir neçə tarixi rekorda imza atıb.
Cənubi Amerika təmsilçisinin Əlcəzair ilə qrup mərhələsinin ilk tur oyununun start heyətində yer alan Messi futbol tarixində altı dünya çempionatında çıxış edən ilk futbolçu olub. O, daha əvvəl 2006-cı ildə Almaniyada, 2010-cu ildə Cənubi Afrika Respublikasında, 2014-cü ildə Braziliyada, 2018-ci ildə Rusiyada və 2022-ci ildə Qətərdə keçirilən mundiallarda da iştirak edib.
Əlcəzairlə qarşılaşma həm də Messinin Argentina millisində 200-cü oyunu kimi tarixə düşüb. Bununla o, milli komandada 200 oyun həddinə çatan üçüncü futbolçu olub. Daha əvvəl bu göstəriciyə Portuqaliya millisinin kapitanı Krşstiano Ronaldo (228 oyun) və Küveyt yığmasının sabiq futbolçusu Bader Əl-Mutava (202 oyun) nail olub.
Argentinanın Əlcəzairi 3:0 hesabı ilə məğlub etdiyi görüşdə het-trik müəllifi olan Leo qollarının sayını 16-ya yüksəldib və Almaniya millisinin sabiq hücumçusu Miroslav Klose ilə birlikdə dünya çempionatları tarixinin ən məhsuldar futbolçusuna çevrilib.
38 yaş 357 günlüyündə het-trik edən Messi dünya çempionatları tarixində het-trik müəllifi olan ən yaşlı futbolçu rekordunu da yeniləyib. Əvvəlki rekord 2018-ci il dünya çempionatında İspaniya ilə oyunda 33 yaş 130 günlüyündə het-trik edən Kriştiano Ronaldoya məxsus idi.
Bununla yanaşı, Messi dünya çempionatları tarixində Argentina millisinin həm ən gənc, həm də ən yaşlı qol müəllifi kimi unikal nailiyyətə sahib olub. O, düz 20 il əvvəl – 2006-cı il dünya çempionatında Serbiya və Monteneqroya qarşı oyunda (6:0) ilk mundial qolunu vurmuşdu. İndi isə 39 yaşına bir həftə qalmış mundialda het-trik edərək yeni tarix yazıb.

Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı
Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı
Cəlilabadda 10 yaşlı qız qızdırmadan öldü
Cəlilabadda 10 yaşlı qız qızdırmadan öldü
ABŞ Qətərdə keçiriləcək DÇ-dən imtina etdi - Yaxın Şərqdə ara qarışacaq
ABŞ Qətərdə keçiriləcək DÇ-dən imtina etdi - Yaxın Şərqdə ara qarışacaq
Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq
Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq
Yer kürəsinin tarixində 2,5 milyard il əvvəl nə baş verib? - Alimlər sirri açdı
Yer kürəsinin tarixində 2,5 milyard il əvvəl nə baş verib? - Alimlər sirri açdı
Zəngəzur dəhlizi ilə bağlı İrəvanda mühüm müzakirə
Zəngəzur dəhlizi ilə bağlı İrəvanda mühüm müzakirə
Polad Həşimovun anasının səhhəti ilə bağlı son məlumat
Polad Həşimovun anasının səhhəti ilə bağlı son məlumat