veten informasiya agentliyi

XXV Qış Olimpiya Oyunları başa çatdı

Tarix:23-02-2026, 10:34
Baxış Sayı:29

 XXV Qış Olimpiya Oyunları başa çatdı

İtaliyanın Milan və Kortina-d"Ampetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunları başa çatıb.
Olimpiadanın bağlanış mərasimi Bakı vaxtı ilə febralın 22-si, saat 23:00-da start götürüb.
Tədbir İtaliyanın rəmzlərindən sayılan Verona Arenasında ("Verona Olympic Arena") keçirilib.
"Filmmaster" tərəfindən hazırlanan və "Grand Finale" (Möhtəşəm Final) adlandırılan bədii proqram İtaliyanın zəngin mədəniyyətini, incəsənətini və sarsılmaz idman ruhunu dünyaya nümayiş etdirib. Mərasimdə idmançıların əzmkarlığı, qazanılan nailiyyətlər xüsusi bədii kompozisiyalarla qeyd olunub və ənənəvi Olimpiya bayrağı növbəti ev sahibinə - Fransaya ötürülüb.
Bağlanış mərasimindəki paradda Azərbaycanı bayrağını dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyacaqlar.
Fevralın 10-da Vladimir Litvintsev Milan şəhərində yerləşən "Mediolanum Forum" arenasında qısa proqramda yarışıb. Onun çıxışı 63.63 balla qiymətlənidirilib və bu nəticə ilə o ilk "24-lük"ə düşə bilmədiyindən fevralın 13-də keçirilən sərbəst proqram yarışlarına vəsiqə qazana bilməyib.
Anastasiya Papatoma isə fevralın 18-də dağ xizəyinin slalom yarışlarında mübarizə aparıb. Kortina-d"Ampetsodakı Tofane Alp Xizək Mərkəzində keçirilən yarışda 92-ci sırada mübarizəyə başlayan Papatoma ilk enişində 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatıb. İkinci enişinə isə 59-cu sırada başlayan 18 yaşlı xizəkçi 64 iştirakçı arasında 1:07:34 saniyə göstərici ilə finiş xəttinə çatıb. Bununla da idmançımız iki cəhdin yekunlarına əsasən, 2:09:15 saniyə nəticə ilə XXV Qış Olimpiya Oyunlarını 51-ci yerdə başa vurub.
Medal sıralamasında Norveç birinci pillədə qərarlaşıb. Skandinaviya ölkəsi indiyədək 41 (18 qızıl, 12 gümüş, 11 bürünc) mükafat qazanıb. ABŞ (12 qızıl, 12 gümüş, 9 bürünc) ikinci, Niderland (10 qızıl, 7 gümüş, 3 bürünc) üçüncü, İtaliya (10 qızıl, 6 gümüş, 14 bürünc) dördüncüdür.
Xatırladaq ki, XXV Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı iştirak edib. İdmançılar Oyunlarda 16 idman növü üzrə 116 medal dəsti uğrunda mübarizə aparıb.

Novruz bayramı Azərbaycan xalqının zəngin mədəniyyətini və qədim adət-ənənələrini özündə əks etdirən ən gözəl bayramlardan biridir
Novruz bayramı Azərbaycan xalqının zəngin mədəniyyətini və qədim adət-ənənələrini özündə əks etdirən ən gözəl bayramlardan biridir
Goranboy şəhəri Asif Məmmədov adına 3 nömrəli məktəbdə baş verən özbaşnalıqlara dur deyən tapılacaqmı?
Goranboy şəhəri Asif Məmmədov adına 3 nömrəli məktəbdə baş verən özbaşnalıqlara dur deyən tapılacaqmı?
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан для Day.Az
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан для Day.Az
ABŞ-nin Bağdaddakı səfirliyinə PUA hücumu EDİLDİ
ABŞ-nin Bağdaddakı səfirliyinə PUA hücumu EDİLDİ
Ayın 16-dan etibarən partlayış səsləri gələcək - XƏBƏRDARLIQ
Ayın 16-dan etibarən partlayış səsləri gələcək - XƏBƏRDARLIQ
Bu həftə ölkədə 11 günlük tətil BAŞLAYIR
Bu həftə ölkədə 11 günlük tətil BAŞLAYIR
Bazarda rekord artım - Neft sürətlə qalxır
Bazarda rekord artım - Neft sürətlə qalxır
Əhaliyə ŞAD XƏBƏR: Bütün sosial ödənişlər ödənildi
Əhaliyə ŞAD XƏBƏR: Bütün sosial ödənişlər ödənildi