veten informasiya agentliyi

"Qarabağ" üçün davam, ya tamam matçı

Tarix:21-01-2026, 10:12
Baxış Sayı:88

"Qarabağ" üçün davam, ya tamam matçı


“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

Ağdam klubu ÇL-in Liqa mərhələsinin 7-ci turunda “Ayntraxt”ı qəbul edəcək. Almaniya təmsilçisi ilə görüş saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Daha öncə keçirdiyi oyunlarda 2 qələbə qazanıb, 1 heç-heçə edib, 3 məğlubiyyətlə üzülmüş təmsilçimiz üçün Frankfurt klubu ilə görüş böyük əhəmiyyət daşıyır. “Qarabağ” bu oyunda qalib gəlməklə pley-offa vəsiqəni böyük ölçüdə təmin edə bilər. Azərbaycan çempionu hazırda 7 xalla 25-cidir.

Əvvəlki oyunlarında 1 qələbə, 1 heç-heçə və 4 məğlubiyyət görmüş “Ayntraxt” isə 4 xalla 33-cü sırada qərarlaşıb və mərhələ adlamaq şansı yüksək qiymətləndirilmir.

UEFA Çempionlar Liqası, 7-ci tur
21 yanvar

21:45 Qarabağ – Ayntraxt
Hakimlər: Sandro Şerer (İsveçrə).
Tofiq Bəhramov adına Respublika stadionu.

Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı
Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı
Cəlilabadda 10 yaşlı qız qızdırmadan öldü
Cəlilabadda 10 yaşlı qız qızdırmadan öldü
ABŞ Qətərdə keçiriləcək DÇ-dən imtina etdi - Yaxın Şərqdə ara qarışacaq
ABŞ Qətərdə keçiriləcək DÇ-dən imtina etdi - Yaxın Şərqdə ara qarışacaq
Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq
Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq
Yer kürəsinin tarixində 2,5 milyard il əvvəl nə baş verib? - Alimlər sirri açdı
Yer kürəsinin tarixində 2,5 milyard il əvvəl nə baş verib? - Alimlər sirri açdı
Zəngəzur dəhlizi ilə bağlı İrəvanda mühüm müzakirə
Zəngəzur dəhlizi ilə bağlı İrəvanda mühüm müzakirə
Polad Həşimovun anasının səhhəti ilə bağlı son məlumat
Polad Həşimovun anasının səhhəti ilə bağlı son məlumat