veten informasiya agentliyi

Azərbaycanda bu dərmanlar satışdan çıxarıldı: Heyrətamiz səbəblər

Tarix:9-01-2026, 11:11
Baxış Sayı:72

Azərbaycanda bu dərmanlar satışdan çıxarıldı: Heyrətamiz səbəblər


Apteklərdə bir vaxtlar asanlıqla tapılan bəzi dərmanlar bu gün yoxa çıxıb. Xüsusən də ürək-damar xəstəliklləri və təzyiqdən əziyyət çəkən xəstələr üçün nəzərdə tutulmu. "Eskolan", "Rileys-Plyus", "Vozolip Genercon", “Tensikey Complex” və digər preparatları tapmaq artıq mümkün deyil. Hansı aptekə müraciət edilsə, cavab eynidir: “Artıq gəlmir”.

Bununla bağlı redaksiyamıza müraciət edən vətəndaşlar bildirirlər ki, illərlə istifadə etdikləri və orqanizmlərinin uyğunlaşdığı dərmanların səbəbsiz şəkildə apteklərdən yoxa çıxması onları çarəsiz vəziyyətdə qoyub. Onların sözlərinə görə, təklif edilən əvəzləyicilər həm bahadır, həm də əvvəlki dərmanlar qədər effekt vermir.

Maraqlıdır, bu dərmanlar niyə apteklərə gətirilmir?

Mövzu ilə bağlı sualları cavablandıran Azərbaycan Həkimləri İctimai Birliyinin üzvü, ADU-nun dosenti, cərrah Ədalət Rüstəm bildirdi ki, qeyd edilən dərmanların apteklərdə tapılmamasının iki əsas səbəbi var:

“Birincisi, bəzi dərmanlar Rusiyadan gətirilirdi. Həmin preparatlar da Rusiyaya Avropa ölkələrindən daxil olurdu. Avropa ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar nəticəsində bu dərmanların tədarükü dayandırılıb. Bizim şirkətlərin həmin ölkələrlə birbaşa müqavilələrinin olmaması da idxalı çətinləşdirir”.

Ədalət Rüstəmin sözlərinə görə, bəzi dərmanlar süni qiymət artımı yaratmaq üçün qəsdən apteklərdən yığışdırılır:

“Bəzi şirkətlər dərmanları qiymətləri yüksəltmək məqsədilə qəsdən apteklərdən geri çəkir. Depolara göstəriş verilir ki, müəyyən preparatlar satışa çıxarılmasın. Bir müddət sonra isə həmin dərmanlar daha yüksək qiymətlə yenidən satışa təqdim olunur”.









Dünya xəritəsi dəyişir - Tarixi qərar
Dünya xəritəsi dəyişir - Tarixi qərar
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Rusiya ordusu Dneprə hücum etdi
Rusiya ordusu Dneprə hücum etdi
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Putin Kadırovun oğlunu mükafatlandırdı
Putin Kadırovun oğlunu mükafatlandırdı