veten informasiya agentliyi

DYP: Yorğun halda sükün arxasına əyləşməkdən çəkinin

Tarix:4-01-2026, 21:10
Baxış Sayı:82

 DYP: Yorğun halda sükün arxasına əyləşməkdən çəkinin

Səfərə hazırlaşan sürücülər, ilk növbədə, nəqliyyat vasitələrinin sazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərini təkcə özləri deyil, sərnişinlərin də bağlamasını təmin etməlidirlər.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-iş günlərinin başa çatması ilə əlaqədar respublikanın avtomobil yollarında gözlənilən vəziyyətlə bağlı sürücülərə müraciətində qeyd olunub.

Bildirilib ki, sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi əməl etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək təhlükəsizlik üçün vacib şərtdir.

"Dəyərli sürücülər, yuxusuz, yorğun halda sükün arxasına əyləşməkdən çəkinin. Uzaq məsafə qət edərkən hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli olsa da istirahət edin və nəqliyyat vasitənizin texniki vəziyyətinə diqqət yetirin", - məlumatda vurğulanıb.

Sərnişinlərə isə mənzil başına təhlükəsiz çatmaları üçün qanunla üzərilərinə düşən vəzifələri yerinə yetirmək, sürücünün diqqətini yayındıran hərəkətlərdən çəkinmək, nəqliyyatı idarəetmə zamanı onların əhval-ruhiyyəsinin dəyişməsinə, yol verdikləri qayda pozuntularına biganə qalmamaq və qanunsuz sərnişindaşıma prosesinin iştirakçısı olmamaq tövsiyə olunub.

Dünya xəritəsi dəyişir - Tarixi qərar
Dünya xəritəsi dəyişir - Tarixi qərar
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Rusiya ordusu Dneprə hücum etdi
Rusiya ordusu Dneprə hücum etdi
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Putin Kadırovun oğlunu mükafatlandırdı
Putin Kadırovun oğlunu mükafatlandırdı