veten informasiya agentliyi

KOLLEKTİVİN ÇOX İSTƏDİYİ JURNALİST

Tarix:28-12-2025, 12:32
Baxış Sayı:77

KOLLEKTİVİN ÇOX İSTƏDİYİ JURNALİST

ƏMƏKDAR JURNALİST RAQİF MƏMMƏDLİ İNDİ DƏ ÖZ İŞİNDƏN ZÖVQ ALIR

Tam səmimiyyətlə deyirəm ki, bu qeydlərimi yazmağa başlayarkən xeyli tərəddüd edirəm. Uzun illər jurnalistika kimi çətin, amma şərəfli bir peşədə saç-saqqal ağartmış qələm ustasının rəsmini yaratmaq rəssam dostu üçün nə qədər çətindisə, imzası brendə çevrilən bir publisist, eyni zamanda iş yoldaşı, həmkar barədə yazmaq, fikir və düşüncələrini ağ vərəq üzərinə boşaltmaq mənə də bir o qədər müşkül görünür…
Qələmini jurnalistikamızın, demək olar ki, bütün janrlarında sınamış və hər birində dəyərli nümunələr ortaya qoymuş həmkarım barədə yazıma nədən başlamaqda, hansı sahəni önə çıxarmaqda xüsusilə çətinlik çəkirəm.

KOLLEKTİVİN ÇOX İSTƏDİYİ JURNALİST

Öncə deyim ki, 40 ilə yaxındır bu sahədəyəm, “Ədalət” qəztindən başlayan yolum bu gün ölkəmizin bir nömrəli dövlət qəzeti olan “Azərbaycan”da davam edir. Bu illər ərzində çox jurnalist görmüşəm, hətta bir kollektivdə çalışmışıq. Amma kənardan işini, xarakterini müşahidə etdiyim bir neçə qələm sahibi də olub ki, onları havaxtsa tanımaq istəmişəm, daha doğrusu, onlarla eyni kollektivdə çalışmağı arzulamışam. Nəhayət, 2007-ci ildə bu, mənə qismət oldu. Onlardan biri dünyasını bir neçə il əvvəl tərk etmiş, “Panorama” qəzetindən yaxından tanıdığım Raqif Şirinov, biri də hazırda haqqında qürurla yazdığım Əməkdar jurnalist Raqif Məmmədlidir. İkisi də Ağdaşdandır (təsadüfə bax ha), mən də İsmayıllıdanam.

KOLLEKTİVİN ÇOX İSTƏDİYİ JURNALİST

Deməli, şirvanlıyıq. Bu sözü də fəxarətlə ona görə yazıram ki, onları tanımağıma görə heç vaxt peşman olmamışam. Bu gün Raqif müəllim haqqında yazdığım cümlələr ana südü kimi ona halaldır, bu sözlər ona köhnə kişilərə buxara papağı yaraşan kimi yaraşır. Ömrünün 69-cu zirvəsinə ucalmış həmkarımız Raqif Məmmədli bu haqqı yazıları, özünün spesifik xarakteri, alicənablığı, nəcibliyi ilə qazanıb. Hər gün işə gəlir, “Azərbaycan” nəşriyyatının 4-cü mərtəbəsində yerləşən “Azərbaycan” qəzetindəki otağına qalxır, saat 9-a 10 dəqiqə qalmış rastlaşır, salamlaşırıq. Özü də əsl kişilərə xas formada.
Raqif müəllimin imzasına rast gəldiyim ilk günlərdən söz zövqü , söz ovqatı xoşuma gəlib. Özü də yazıları kimi səmimi və xoş təsir bağışlayıb. Ona görə də birlikdə olanda nəfəsimiz, ruhumuz söz ovqatına köklənir. İsti münasibətimizin yaranmasına da söz ovqatına köklənməyimiz səbəb olub. Ovqat özü də bir yaşamdır. Beləcə, söz ovqatına köklənə-köklənə özümüzü və sözümüzü tanımışıq.

KOLLEKTİVİN ÇOX İSTƏDİYİ JURNALİST

İlk tanışlığımızdan fikri aydın, düşüncəsi sağlam bir qələm sahibi təsiri bağışlayan Raqif müəllimin zaman keçdikcə yazılarında da düşüncə sərbəstliyi və özünəməxsusluq duymuşam. Vaxtilə bəlkə də düşüncə sərbəstliyi, yumşaq desək, bəzən insanın özünə ziyan gətirib. Qələm dostlarımızın arasında illərin sınağından keçə bilməyən fikri dönüklər, qəlbi sönüklər də olub.
Raqif Məmmədli isə işıqlı sözün, diri sözün uğrunda getdiyi yoldan dönməyib. Tanıdığım ilk günlərdən indiyədək onun imzasını izlədikcə həm bir jurnalist kimi, həm də iqtisadiyyat yazarı kimi xeyli püxtələşdiyini hiss etmişəm və buna sevinmişəm. O, jurnalist kimi həyata yaxından müdaxilə edə bilir, faktları, hadisələri, insanları qiymətləndirməyi bacarır.
Əlbəttə, hər könüldə bir dünyalıq arzu var. Raqif müəllimin uca könüldən yazdığı ürək oxşayan mənalı, düşündürücü sözləri, fikirləri də insanda könül xoşluğu yaradır və izləyicilərimizin “Azərbaycan” qəzetini oxumasına bir vəsilə olur.
Onun yazılarını oxuduqdan sonra gəldiyim qənaət budur ki, Raqif Məmmədli ürəyindəki söz yükünü gözəl çəkən qələm sahibi - jurnalistdir. Onun təkcə son dövrlərdə yazdıqlarını oxumaqla kifayətlənmədim, bütün yaradıcılığı boyu ekskurs etdim, qələmindən çıxan publisistik yazılarını, düşüncələrini oxudum. Ona sevindim ki, yazılarında ən saf duyğuları maraqlı və təsirli yer alıb. Oxuya-oxuya bir də ona sevindim ki, Raqif Məmmədlinin publisistik yazıları və qeydləri də ifadə səmimiliyi ilə seçilir. Həmin yazılarda saf duyğularla, kövrək hisslərlə süslənmiş sətirləri bəzən üç-dörd dəfə oxumaqdan nə bezdim, nə də yoruldum. Oxucunu kağız, qələm kəməndinə, sözün sehrinə salmağı bacaran Raqif Məmmədli yüksək mədəniyyəti və mənəviyyatı ilə seçilir. Bu da onu tanıyan hər kəsdə sonsuz qürur duyduları yaradır.

KOLLEKTİVİN ÇOX İSTƏDİYİ JURNALİST

Raqif müəllim həyatda uca Allahın lütfü ilə halallıq, mənəvi təmizlik, ədalət yolunu tutaraq, bu gün özü, ailəsi, savadlı, bilikli, ən başlıcası yüksək tərbiyəli övladları ilə bərabər, xalqımıza, millətimizə, dövlətçiliyimizə sidq-ürəklə xidmət edir, dostun-tanışın, qohum-qardaşın xeyrində-şərində yaxından iştirak etməyi özünə borc bilir. Buna görə də, o, el-oba arasında həqiqi ağsaqqallıq səviyyəsinə yüksələ bilib.
Və sonda. Redaksiyamızın Yeni il tədbirinin düzənlədiyi məkanda eşitdim ki, bu gün Raqif müəllimin ad günüdür. Bu günlərdə isə Milli Mətbuatımızın 150 illiyi münasibətilə yubiley medalına layiq görüldü. Fürsəti əldən verməyib istədim ilk olaraq onu həm ad günü, həm də təltifi münasibətilə mən təbrik edim. Bu yazımın necə alındığını bilmirəm. Özümü onun yubiley yaşına saxlayıram. Hələlik isə deyirəm: Ad gününüz mübarək olsun, Raqif müəllim! Biz sizi çox istəyirik.

Daşdəmir ƏJDƏROĞLU

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı