veten informasiya agentliyi

Tibb bacısını evə çağıranları hansı məsuliyyət gözləyir? - RƏSMİ

Tarix:27-12-2025, 13:55
Baxış Sayı:90

 Tibb bacısını evə çağıranları hansı məsuliyyət gözləyir? - RƏSMİ

TƏBİB tibb bacılarının evlərə iynə vurmaq üçün çağırılmamasına dair çağırış edib. Lakin elə hallar yarana bilər ki, xəstəni vaxtında həkimə və ya təcili tibbi yardıma çatdırmaq mümkün olmasın və tibb bacısının müdaxiləsinə ehtiyac yaransın. Belə bir vəziyyətdə xəstə vəfat edərsə, məsuliyyət tibb bacısının üzərinə düşür, yoxsa onu çağıran vətəndaş cavabdeh sayılır?




TƏBİB-in Mətbuat Xidmətindən Metbuat.az-ın sorğusuna cavab verilib. Bildirilib ki, tibbi müdaxilələrin yalnız rəsmi səhiyyə müəssisələrində və ixtisaslı həkim göstərişi əsasında həyata keçirilməsi tövsiyə olunur. Təhlükəsizliyin və hüquqi məsuliyyətin təmin olunması baxımından bu, həm vətəndaş, həm də tibb işçisi üçün daha doğrudur:




“Tibb bacısının əsas vəzifəsi həkim göstərişinin yerinə yetirilməsidir, xüsusilə də inyeksiya və ya infuziya kimi müdaxilələr yalnız həkim təyinatı əsasında və tibbi nəzarət altında aparılmalıdır. Ev şəraiti isə nə infrastruktur, nə də təhlükəsizlik baxımından tibbi müəssisəni əvəz edə bilmir. Belə hallarda ağırlaşma, məsələn, anafilaktik şok - riski var və bu, pasiyentin həyatı üçün təhlükə yarada bilər. Nə beynəlxalq təcrübədə, nə də yerli normativlərdə tibb bacısının evdə müstəqil tibbi müdaxilə göstərməsi tövsiyə olunmur”.




Açıqlamada qeyd olunub ki, əgər tibb bacısı ev şəraitində, həkim göstərişi və nəzarəti olmadan, qanuni əsas olmadan tibbi müdaxilə edərsə və bu, mənfi nəticələnərsə (xəstənin vəziyyətinin pisləşməsi və ya vəfatı), bu zaman məsuliyyət həm onu dəvət edən şəxsə, həm də xidməti yerinə yetirən tibbi işçiyə aid edilə bilər. Hüquqi qiymət konkret hadisənin araşdırılması zamanı hüquq-mühafizə orqanları tərəfindən verilir.

Dünya xəritəsi dəyişir - Tarixi qərar
Dünya xəritəsi dəyişir - Tarixi qərar
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Rusiya ordusu Dneprə hücum etdi
Rusiya ordusu Dneprə hücum etdi
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Putin Kadırovun oğlunu mükafatlandırdı
Putin Kadırovun oğlunu mükafatlandırdı