veten informasiya agentliyi

Yeni il süfrəsində ən təhlükəli yemək hansıdır?

Tarix:26-12-2025, 10:50
Baxış Sayı:61

 Yeni il süfrəsində ən təhlükəli yemək hansıdır?

"Ət məhsulları bir çoxları üçün Yeni il süfrəsinin ayrılmaz qidası hesab olunur. Lakin zəhərlənmə riski baxımından bu məhsullar ən təhlükəli qidalar sırasında yer alır. Ətin düzgün hazırlanması və saxlanılması xüsusi əhəmiyyət daşıyır, çünki o, mikrob çirklənməsinə son dərəcə həssasdır".

Bu barədə rusiyalı mütəxəssis Natalya Fomenko RT-yə müsahibəsində danışıb.

Onun sözlərinə görə, ət məhsulları çox vaxt əvvəlcədən hazırlanır və soyuq halda süfrəyə verilir. Bu isə xüsusilə məhsul uzun müddət otaq temperaturunda qaldıqda bakteriyaların sürətlə çoxalması üçün əlverişli şərait yaradır. Kəsilmə, qablaşdırma və ya daşınma zamanı sanitariya qaydalarına əməl edilməməsi salmonella, bağırsaq çöpləri (E.coli) və listeriya kimi təhlükəli mikroorqanizmlərin orqanizmə daxil olma riskini artırır.

Natalya Fomenko bildirib ki, hətta az miqdarda bakteriya belə ciddi təhlükə yarada bilər. Xüsusilə vetçina, yumşaq kolbasalar və paştetlərdə mikroorqanizmlər çox sürətlə çoxalır. Bundan əlavə, bu cür məhsullarda adətən çoxlu duz, ədviyyat və konservantlar olur. Bu maddələr məhsulun saxlanma müddətini uzatsa da, sağlamlıq üçün zərərli ola bilər və düzgün saxlanılmama riskini tam aradan qaldırmır.

Ekspertin sözlərinə görə, ət məhsulları düzgün temperaturda saxlanılmadıqda və ya dəfələrlə donu açıldıqda mikrobların aktiv şəkildə çoxalma ehtimalı artır. Eyni zamanda, ədviyyatların güclü qoxusu məhsulun xarab olma əlamətlərini gizlədə bilər və istehlakçı təhlükəni vaxtında hiss etməyə bilər.

Zəhərlənmə riski xüsusilə yaşlılar, hamilə qadınlar, uşaqlar və immun sistemi zəif olan insanlar üçün daha yüksəkdir. Hətta çox az miqdarda mikroorqanizm belə bu qrup üçün ciddi fəsadlara səbəb ola bilər.

Natalya Fomenko ət məhsullarını süfrəyə verilənədək soyuducuda saxlamağı, kəsmək və servis üçün ayrıca qab-qacaq və bıçaqlardan istifadə etməyi, həmçinin məhsulları uzun müddət soyuducudan kənarda saxlamamağı tövsiyə edib.

Ekspert vurğulayıb ki, ət məhsulları yüksək risk qrupuna daxildir və onlarla işləyərkən gigiyena və sanitariya qaydalarına ciddi şəkildə əməl olunmalıdır.

Xocalıda yaşayış evinə ayı girdi
Xocalıda yaşayış evinə ayı girdi
Ali Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar verdi
Ali Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar verdi
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
Türkiyə-Ukrayna münasibətlərində yeni mərhələ: Fidan Kiyevə getdi
Türkiyə-Ukrayna münasibətlərində yeni mərhələ: Fidan Kiyevə getdi
Yamalın evini qarət etmək istədilər
Yamalın evini qarət etmək istədilər
881 min nəfər sosial müavinət və təqaüd alıb
881 min nəfər sosial müavinət və təqaüd alıb
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu