veten informasiya agentliyi

İsmayıllı RİH-in hesabat yığıncağı keçirildi - FOTO

Tarix:25-12-2025, 13:23
Baxış Sayı:99

İsmayıllı RİH-in hesabat yığıncağı keçirildi - FOTO

"Basqal Resort SPA"da İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 2025-ci ilin yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı təşkil olunub.

Sfera.az xəbər verir ki, yığıncaqda Milli Məclisin deputatı Novruzəli Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Bakıdan dəvət olunmuş qonaqlar, ziyalılar, idarə və müəssisə rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hesabat yığıncağı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ardınca Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib.

Daha sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov 2025-ci ildə rayonda görülmüş işlər, icra edilmiş sosial-iqtisadi layihələr və 2026-cı il üçün qarşıda duran əsas vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edib.

Çıxışdan sonra 2020–2025-ci illər ərzində İsmayıllı rayonunda həyata keçirilmiş layihələri və görülmüş işləri əks etdirən geniş videoçarx nümayiş olunub.

Hesabat yığıncağında çıxış edən Milli Məclisin deputatı Novruzəli Aslanov rayonda aparılan abadlıq-quruculuq işlərini və icra olunan sosial layihələri yüksək qiymətləndirib.

Şəhid anası Cəmilə xanım çıxış edərək rayon rəhbərliyinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya, eyni zamanda həyata keçirilən layihələrə görə minnətdarlığını bildirib.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs təltif olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Tərəqqi” medalı və "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən şəxslərə mükafatlar təqdim edilib.

Hesabat yığıncağında, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

İsmayıllı RİH-in hesabat yığıncağı keçirildi - FOTO
İsmayıllı RİH-in hesabat yığıncağı keçirildi - FOTO
İsmayıllı RİH-in hesabat yığıncağı keçirildi - FOTO

Xocalıda yaşayış evinə ayı girdi
Xocalıda yaşayış evinə ayı girdi
Ali Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar verdi
Ali Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar verdi
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
Türkiyə-Ukrayna münasibətlərində yeni mərhələ: Fidan Kiyevə getdi
Türkiyə-Ukrayna münasibətlərində yeni mərhələ: Fidan Kiyevə getdi
Yamalın evini qarət etmək istədilər
Yamalın evini qarət etmək istədilər
881 min nəfər sosial müavinət və təqaüd alıb
881 min nəfər sosial müavinət və təqaüd alıb
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu