veten informasiya agentliyi

DİN-dən Yeni il ərəfəsində fəallaşan kiberdələduzlarla bağlı XƏBƏRDARLIQ

Tarix:25-12-2025, 10:39
Baxış Sayı:76

 DİN-dən Yeni il ərəfəsində fəallaşan kiberdələduzlarla bağlı XƏBƏRDARLIQ

"Son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə "TikTok" platformasında "onlayn mağaza" adı altında fəaliyyət göstərən ayrı-ayrı səhifələr vasitəsilə vətəndaşların aldadılması, əvvəlcədən ödəniş etdikdən sonra pul vəsaitlərinin mənimsənilməsi halları qeydə alınır".

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, bu cür səhifələr əsasən Yeni il ərəfəsində daha aktiv fəaliyyət göstərir, "xüsusi bayram endirimi", "məhdud sayda məhsul", "yalnız bu gün üçün kampaniya" kimi cəlbedici elan və paylaşımlar vasitəsilə vətəndaşların diqqətini cəlb etməyə çalışırlar. Sifariş qəbul edildikdən sonra isə məhsullar göndərilmir, səhifələr deaktiv olunur və ya vətəndaşlarla əlaqə tamamilə kəsilir:

"Buna görə kiberdələduzluq hallarının qarşısının alınması və pul vəsaitlərinin təhlükəsizliyinin təmini məqsədilə aşağıdakılara riayət edilməsi vətəndaşlara tövsiyə olunur:

- Tanımadığınız, rəsmi qeydiyyatı və etibarlılığı şübhə doğuran səhifələr vasitəsilə alış-veriş etməyin;

- Məhsulu faktiki olaraq görmədən və satıcının etibarlılığından əmin olmadan təqdim edilən bank kartlarına əvvəlcədən pul köçürməyin;

- Şəxsi məlumatlarınızı, bank kartı rekvizitlərini, kartın üzərindəki CVV/CVC kodunu və birdəfəlik təsdiq şifrələrini üçüncü şəxslərlə paylaşmayın;

- Alış-veriş zamanı yalnız rəsmi sayt və platformalardan, ödəniş təhlükəsizliyi təmin olunan sistemlərdən istifadə edin.

Vətəndaşlardan sosial şəbəkələrdən istifadə zamanı daha diqqətli olmaları, şübhəli elan və səhifələrə qarşı ehtiyatlı davranmaları, bu kimi hallarla üzləşən şəxslərin dərhal polisə müraciət etmələri xahiş edilir".

Dünya xəritəsi dəyişir - Tarixi qərar
Dünya xəritəsi dəyişir - Tarixi qərar
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Rusiya ordusu Dneprə hücum etdi
Rusiya ordusu Dneprə hücum etdi
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Putin Kadırovun oğlunu mükafatlandırdı
Putin Kadırovun oğlunu mükafatlandırdı