veten informasiya agentliyi

Yeni il hədiyyəsi seçərkən nələrə diqqət edilməlidir?

Tarix:24-12-2025, 10:19
Baxış Sayı:83

 Yeni il hədiyyəsi seçərkən nələrə diqqət edilməlidir?

"Yeni il üçün seçilən hədiyyə iki əsas meyara cavab verməlidir: təəccübləndirməli və sevinc bəxş etməlidir".

 Piroqov Universitetinin Klinik Psixologiya kafedrasının psixoloqu və dosenti Yelena İvanova bu barədə Gazeta.ru-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, ideal hədiyyə anlayışı zamanla dəyişir. Məsələn, 20 il əvvəl insanlar bir-birlərinə daha çox yataq dəstləri, qab-qacaq və suvenirlər hədiyyə edirdilər. Müasir gənclər isə daha çox pul və ya oyun valyutası hədiyyə etməyə üstünlük verirlər.

Psixoloq qeyd edib ki, aparılan araşdırmalar sürprizin yaxşı hədiyyənin əsas açarı olduğunu təsdiqləyir. Bu səbəbdən konkret bir hədiyyə növü uzunmüddətli populyarlıq qazanmır.

Hədiyyənin uğurunda digər vacib amil onun alıcı üçün arzuolunanlıq dərəcəsidir. Lakin bu zaman sürprizlik prinsipi qismən aradan qalxır.

"Əlbəttə, kimsə bizə diqqət yetirəndə, arzularımızı müşahidə edib düzgün nəticə çıxaranda daha çox sevinc hiss edirik. Bu isə vaxt və səy tələb edir. Nəticədə hədiyyə sevindirməli, konkret şəxs üçün seçilməli və onun maraqlarını, ehtiyaclarını, istəklərini əks etdirməlidir", - deyə Y.İvanova vurğulayıb.

Dünya xəritəsi dəyişir - Tarixi qərar
Dünya xəritəsi dəyişir - Tarixi qərar
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Rusiya ordusu Dneprə hücum etdi
Rusiya ordusu Dneprə hücum etdi
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Putin Kadırovun oğlunu mükafatlandırdı
Putin Kadırovun oğlunu mükafatlandırdı