veten informasiya agentliyi

Bu simptomlar sizdə varsa virusa yoluxmusunuz - Həkimə gedin

Tarix:24-12-2025, 10:17
Baxış Sayı:89

 Bu simptomlar sizdə varsa virusa yoluxmusunuz - Həkimə gedin

Havaların soyuması ilə birlikdə qripə yoluxma hallarında ciddi artım müşahidə olunur.

Yoluxucu xəstəliklər üzrə türkiyəli mütəxəssis professor Dr. Duran Tok H3N2-nin A qrupu qrip virusu olduğunu və bəzi hallarda ağır fəsadlara, hətta ölümə səbəb ola biləcəyini bildirib.

Prof. Dr. Tokun sözlərinə görə, H3N2 və digər qrip virusları tənəffüs yollarının qoruyucu mexanizmlərini zəiflədir, bu da xəstəliyin uzunmüddətli və ağır keçməsinə şərait yaradır. Qapalı məkanlarda daha çox vaxt keçirilməsi virusun yayılmasını sürətləndirir.

Mütəxəssis qeyd edib ki, bu mövsüm mutasiyaya uğramış H3N2 variantı əvvəlki illərlə müqayisədə daha dominantdır. Lakin virusun daha ölümcül olduğuna dair dəqiq elmi sübut yoxdur.

H3N2 infeksiyası xüsusilə aşağıdakı qruplar üçün daha təhlükəli hesab olunur:

5 yaşdan kiçik uşaqlar, 50 yaşdan yuxarı şəxslər, xroniki ağciyər, ürək və qaraciyər xəstələri, diabet və xərçəng xəstələri, hamilə qadınlar, artıq çəkili şəxslər

H3N2-nin qəfil başlayan əsas simptomları

Mütəxəssislər bildirirlər ki, simptomlar adətən ani başlayır və bəzi hallarda qızdırma olmaya bilər:

Baş ağrısı, quru öskürək, güclü yorğunluq, tərləmə, boğaz ağrısı, əzələ və oynaq ağrıları, burun tutulması və ya axıntısı, uşaqlarda isə ürəkbulanma, qusma və ishal müşahidə oluna bilər.

Prof. Dr. Duran Tok qripdən qorunmaq üçün həm fərdi, həm də ictimai tədbirlərin vacibliyini vurğulayıb:

Əllər tez-tez və düzgün yuyulmalıdır, dekabr-mart aylarında izdihamlı yerlərdən mümkün qədər uzaq durulmalıdır, zəruri hallarda maska və sosial məsafə qaydalarına əməl edilməlidir, xəstə şəxslərlə yaxın təmasdan çəkinilməlidir,qapı tutacaqları və lavabo kranları tez-tez dezinfeksiya olunmalıdır, risk qrupları oktyabr-noyabr aylarında mövsümi qrip peyvəndi vurdurmalıdır.

Keyfiyyətli yuxu, balanslı qidalanma, müntəzəm fiziki aktivlik və xüsusilə D vitamini çatışmazlığının aradan qaldırılması immunitet üçün mühüm rol oynayır.

Dünya xəritəsi dəyişir - Tarixi qərar
Dünya xəritəsi dəyişir - Tarixi qərar
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Rusiya ordusu Dneprə hücum etdi
Rusiya ordusu Dneprə hücum etdi
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Putin Kadırovun oğlunu mükafatlandırdı
Putin Kadırovun oğlunu mükafatlandırdı