veten informasiya agentliyi

ŞİRİN BALABƏYLİ "AZƏRBAYCAN DİLİ". Oxuyub -anlama ( I sinif) kitabı çapdan çıxmışdır

Tarix:22-12-2025, 11:37
Baxış Sayı:189

ŞİRİN BALABƏYLİ "AZƏRBAYCAN DİLİ". Oxuyub -anlama ( I sinif) kitabı çapdan çıxmışdır
İstedadlı gənc, Azərbaycan Dillər Universitetinin müəllimi Şirin Balabəylinin 1-ci siniflər üçün "Azərbaycan dili. Oxuyub anlama" kitabı işıq üzü görmüşdür. Müasir təhsil sisteminin tələblərinə uyğun nəfis şəkildə hazırlanmış bu kitab məktəbə ilk qədəm qoymuş məktəblilər üçün çox maraqlı vəsaitdir.
“Azərbaycan dili – Oxuyub-anlama (I sinif)” vəsaiti ibtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişaf etdirilməsi məqsədilə hazırlanmışdır. Kitab yeni dərslik proqramına uyğun tərtib olunmuş, şagirdlərin mətn üzərində işləmə, məzmunu anlama və təhlil etmə bacarıqlarını formalaşdırmağa yönəlmişdir. Vəsaitdə yaş səviyyəsinə uyğun seçilmiş maraqlı mətnlər və onların təhlili verilmiş, oxuyub-anlama üzrə ilkin bilik və bacarıqların möhkəmləndirilməsi nəzərdə tutulmuşdur. Kitab həm müəllimlər, həm də valideynlər üçün praktik və faydalı tədris vəsaiti hesab olunur.
Müəllif haqqında:
Balabəyli Şirin Şəmsi qızı Azərbaycan Dillər Universitetinin müəllimidir. O, pedaqoji və elmi fəaliyyətlə paralel şəkildə ibtidai və orta məktəb səviyyəsində tədris metodikası sahəsində araşdırmalar aparır. Müəllif 10-dan çox elmi tezis və məqalənin müəllifidir.
Şirin Balabəyli eyni zamanda Aksiom Təhsil Mərkəzində repetitor kimi fəaliyyət göstərir və məktəb şagirdlərinin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində praktik tədris təcrübəsinə malikdir. Onun hazırladığı tədris vəsaitləri şagirdlərin oxu, anlama və analitik düşünmə bacarıqlarının formalaşmasına xidmət edir. Ş. Balabəyli bu layihəni davam etdiri və digər siniflər üçün də belə vəsait hazırlayır.


Xeyrulla Ağayev

Dünya xəritəsi dəyişir - Tarixi qərar
Dünya xəritəsi dəyişir - Tarixi qərar
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Rusiya ordusu Dneprə hücum etdi
Rusiya ordusu Dneprə hücum etdi
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Putin Kadırovun oğlunu mükafatlandırdı
Putin Kadırovun oğlunu mükafatlandırdı