veten informasiya agentliyi

Şuşadan oğurlanan abidələr belə qaytarılıbmış - Sensasion əməliyyat

Tarix:22-12-2025, 10:07
Baxış Sayı:64

 Şuşadan oğurlanan abidələr belə qaytarılıbmış - Sensasion əməliyyat

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, sabiq nazir və səfir Polad Bülbüloğlu ilk dəfə işğal dövründə Şuşadan oğurlanmış və güllələnmiş abidələrin ölkəyə necə qaytarıldığını açıqlayıb.

O, Gürcüstandan daxil olan təsadüfi məlumatdan sonra abidələrin qaytarılması üçün “səssiz əməliyyat” həyata keçirildiyini bildirib.

“Tam təsadüfən Gürcüstandan mənə xəbər gəldi ki, Ermənistandan Bülbülün abidəsini satırlar. Mən atamın abidələri haradadır hamısını bilirəm. Tez ürəyimdən keçdi ki, yalnız Şuşadan çıxan abidə olar.

Bakıda oğlan var idi, atası gürcü, anası azərbaycanlı. Bizim sistemdə işləyirdi. Yaraşıqlı, ucaboy oğlan idi. Çağırdım onu, dedim ki, gürcü dili yadındadır? Dedi hə. Soruşdum ki, sərbəst danışa bilirsən. Dedi təbii ki. Dedim sənə çox məsul tapşırıq verirəm. Bəs mənə deyiblər ki, ermənilər Bülbülün abidəsini satmaq istəyirlər və məncə bu Şuşadan çıxan abidədir. Ayrı abidəsi yoxdur ki onu satsınlar. Dedim gedəcəksən Tiflisə, o adamı tapacaqsan. O adam sənə göstərəcək abidə haradadır-nədir.

O vaxt da telefon yox idi, 4 gün sonra zəng etdi. Mən ona kiçik belə bir fotoaparat vermişdim. Demişdim mütləq şəklini çəkərsən.

Oğlan Tiflisdən zəng elədi ki, Polad müəllim, orda ancaq Bülbül yox, Üzeyirin də abidəsi var, Natəvanın da abidəsi var.

Soruşdum ki şəkillərin çəkmisən. Dedi hə. Dedim tez gəl. Oğlan səhərisi çatdırdı özünü Bakıya”.

Polad Bülbüloğlu “AzTv”də yayımlanan müsahibədə deyir ki, şəkilləri çap edib Heydər Əliyevin qəbuluna gedib:

“Şəkilləri göstərəndə dərhal dedi ki, nə olur olsun biz bu abidələri qaytarmalıyıq. Nə olur olsun. Lazımı adamlara göstəriş verdi ki, Poladla əlaqə saxlayın, bunları qaytarmalıyıq. Dedi ki, bunun səs-küyü çıxmasın. Əgər ermənilər bilsələr ki, bunu biz eləyirik, təbii ki, bunlar verməzdilər.

Hardasa dörd aya yaxın bir əməliyyat keçirdik. Gürcüstanda bir firma yaratdıq. Nail olduq və bu abidələri Azərbaycana gətirdik.

O vaxt İncəsənət muzeyində həmin abidələri yerləşdirdik. Ərazi də Prezident aparatının aşağısında idi. Danışdıq ki, Prezidentin mühafizəsi qoruyacaq abidələri. Qorxurduq ki, ermənilər xəbər tutsa nəsə edər.

Şənbə günü idi. Bir də zəng elədilər ki, saat dörddə orda olun. bəs Heydər Əliyev bunlara baxmaq istəyir. Gəldi, yanında ancaq mühafizə var idi. Heç bir mətbuat yox idi, heç bir ayrı adam yox idi.

Çox diqqətlə baxdı. Üzeyirin boynu deşilmişdi, Bülbülün boynu deşilmişdi, Natəvanın barmağını sındırıblar. Üzeyir bəyin abidəsinə əlini qoydu, başını yellədi Sonra özü-özünə dedi: Gün gələcək, biz bu abidələri aparıb Şuşada öz yerinə qoyacağıq. Mən heç dillənmədim. Elə bil bunu öz-özünə dedi. Bu sözü o hələ 1994-cü ildə demişdi”.




Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı