veten informasiya agentliyi

YENİ MİLLİ HƏDƏFLƏRİMİZDƏN BİRİ AZƏRBAYCANDA MEŞƏLƏRİN SAHƏSİNİ 5 İLDƏ 15, 10 İLDƏ 20 %-Ə ÇATDIRMAQ OLMALIDIR

Tarix:20-12-2025, 13:47
Baxış Sayı:156

YENİ MİLLİ HƏDƏFLƏRİMİZDƏN BİRİ AZƏRBAYCANDA MEŞƏLƏRİN SAHƏSİNİ 5 İLDƏ 15, 10 İLDƏ 20 %-Ə ÇATDIRMAQ OLMALIDIR

Dünyada meşələrin ümumi sahəsi 4 milyard hektardır. Bunun təxminən yarsı 4 ölkənin payına düşür: Rusiya Federasiyasında 809 milyon ha., Braziliyada 478 milyon ha., Kanadada 310 milyon ha., ABŞ-da və 303 milyon hektarı meşə ərazisi vardır. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır.
Yerigəlmişkən Braziliya florası növ müxtəlifliyinə görə birinci yerdədəir- 40 min növ!.
Qafqazda 6500, Azərbaycanda 4500 bitki növü yayılmışıdr. .

Azərbaycanda meşələrin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.
Azərbaycanda adambaşına 0,12 ha meşə düşür.
XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur.

Azərbaycanın meşə ərazilərinin 49%-i Böyük Qafqazın, 34%-i Kiçik Qafqazın, 15%-i Talış zonasının və 2%-i Aran zonasının (Naxçıvan MR ilə birgə) payına düşür.
Meşələrdə ən çox fıstıq (31,68%), vələs (26,01%) və palıd (23,4%) cinsləri yayılmışdır.
Respublikamızın meşələrində 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağac və kollar bitir. Bu isə Resublika florasındakı bitki növlərinin 11-%-ni təşkil edir. Azərbaycan dendroflorasının tərkibində 70 endem növə təsadüf edilir. Bu da ümumi ağac və kol bitki növlərinin 16%-i deməkdir. Endem- yəni yalnız bir regionda bitən, ora üçün xüsusui, məxsusi olan, başqa yerdə rast gəlinməyən. Müqəddəs Yelena adasının florasının 85 %-i, Qalaqapos adalarının 97 %-i endem növlərdir.
Aparılan təhlillərə görə 1975-ci ildə Azərbaycanda 24, 1984-cü ildə 28, 1989-cu ildə isə 45 növ nadir və nəslikəsilməkdə olan ağac və kol bitkiləri müəyyən edilmişdir. Hal-hazırda isə bu rəqm 200-ə yaxınlaşır..
Meşələrimizdə cavan ağaclar 11,2%, orta yaşlı ağaclar-63,3%. yaşı ötümüşlər isə -12,1%-ini təşkil edir. Ən çox karbon toplayanlar isə cavan ağaclardır. Digərləri topladıqlarını toplayıb, yerində durub. Meşələrimizdə 150 növ yabanı meyvə bitir.

YUNESKO-nun qiymətləndirməsinə görə son dövrlər yararlı əkin sahələrinin hər il 6 mln. Hektarı səhralaşma nəticəsində yararsız hala düşür. 10-12 milyon hektar meşə sahəsəi məhv olur. Respublikamızda ekoloji gərgin rayonlardan hesab edilən Böyük Qafqazın Cənub yamaclarında meşələrin yuxarı sərhəddi 200-500 m aşağı enmiş, antropogen amillərin təsirindən torpaq erroziyası sürətlənmişdir.

Meşələrin təbiətdə ən böyük rolu - hər hektarın il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen ixrac etməsidir.

Meşələr yerin quru hissəsinin 35 %-ni təşkil edir, heyvan, həşarat, bitki növlərinin 80%-dən çoxuna ev sahibliyi edir. 1,6 milyarddan çox insan yaşayış, dolanışıq üçün, təxminən 2 milyard insan, isitmək üçün meşə odunundan asılıdır.

Meşəsizlik nə deməkdir:
Səhrəlaşma;
Əkinə yararsız torpaqlar;
Şoran torpaqlar;
Oksigensiz hava;
Tozlu hava;
Səs-küylü şəhər;
Bulaqların, çayların, artezanların quruması;
Quşların uçub getməsi;
Biomüxtəlifliyin evinin dağlması...

Sel, daşqın, sürüşmə,
Bəlkə də zəlzələ, Nuhun tufanı, bədbəxtlik, qiyamət...

Sadıq Qurban oğlu Qarayev.

Biologiya üzrə fəlsəfə doktoru, dosent.

Xocalıda yaşayış evinə ayı girdi
Xocalıda yaşayış evinə ayı girdi
Ali Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar verdi
Ali Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar verdi
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
Türkiyə-Ukrayna münasibətlərində yeni mərhələ: Fidan Kiyevə getdi
Türkiyə-Ukrayna münasibətlərində yeni mərhələ: Fidan Kiyevə getdi
Yamalın evini qarət etmək istədilər
Yamalın evini qarət etmək istədilər
881 min nəfər sosial müavinət və təqaüd alıb
881 min nəfər sosial müavinət və təqaüd alıb
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu