veten informasiya agentliyi

Həkimdən qan azlığına görə dərman atanlara xəbərdarlıq!

Tarix:20-12-2025, 11:05
Baxış Sayı:92

 Həkimdən qan azlığına görə dərman atanlara xəbərdarlıq!

Dəmir tərkibli qida əlavələrini qəhvə, çay, şərab və süd məhsulları ilə qəbul etmək olmaz. Bu vərdişi dəmirin bədəndə mənimsənilməsini azaldır.




Bu fikri tanınmış rusiyalı endokrinoloq Yelena Şafranskaya "Gazeta"ya müsahibəsində bildirib.




Mütəxəssisin sözlərinə görə, qış ayları xüsusilə ruslarda yuxuya meyllilik, zəiflik və solğunluq yaradır. Lakin bu simptomlara əsas səbəb qışın dəyişən uzunmüddətli havaları yox, dəmir çatışmazlığı anemiyası da ola bilər.




Dəmir çatışmazlığı hemoqlobinlə bağlı proseslərin səmərəliliyini azaldır. Yəni, qırmızı qan hüceyrələrində oksigen daşımalarına imkan verən zülal olan hemoqlobinin ərsəyə gəlməsi zəifləyir. Bu, hipoksiyaya səbəb olur, orqan və toxuma funksiyası pozulur.




Endokrinoloq qeyd edib ki, həkimlər tez-tez dəmir çatışmazlığı anemiyasını aradan qaldırmaq üçün xüsusi dərmanlar təyin edirlər. Bununla belə, qidalanma vərdişləri müalicədə mühüm rol oynayır. Dərmanların effektivliyi əsasən xəstənin preparatları nə ilə qəbul etməsindən asılı olur.




"Qəhvə, çay və qırmızı şərab dəmirin mənimsənilməsinə maneə törədir. Bu içkilər təbii antioksidantlar olan polifenollarla zəngindir. Bu maddələrin bir qrupu hər üç içkidə olan taninlər sayılır. Qırmızı şərab və tünd çay xüsusilə yüksək konsentrasiyalı taninlərə malikdir ki, bu da onlara xarakterik büzücü dad verir",- o deyib.




Bundan əlavə, həkim dəmirə aid preparatları süd məhsulları ilə də birgə qəbul etməyi tövsiyə etməyib. Çünki onların tərkibində olan kalsium dəmiri bir növ bloklayır və onun bədənə hopmasının qarşısını alır.

Dünya xəritəsi dəyişir - Tarixi qərar
Dünya xəritəsi dəyişir - Tarixi qərar
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Rusiya ordusu Dneprə hücum etdi
Rusiya ordusu Dneprə hücum etdi
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Putin Kadırovun oğlunu mükafatlandırdı
Putin Kadırovun oğlunu mükafatlandırdı