veten informasiya agentliyi

"2026 çətin il olacaq, kredit götürməyin" - Ekspert

Tarix:12-12-2025, 10:45
Baxış Sayı:92

 "2026 çətin il olacaq, kredit götürməyin" - Ekspert

2026-cı ildə şəxsi maliyyəni idarə edərkən daha diqqətli olmaq tövsiyə edilib.

Bu barədə ekspert Mariya İvatkina "açıqlamasında bildirib. Onun sözlərinə görə, inflyasiyanın zəifləməsinə baxmayaraq, kredit dəyərinin yüksək qalması planlaşdırılmamış borclanmanı riskli edir.

Ekspert qeyd edib ki, smartfon, tətil, toy və ya hədiyyə məqsədilə kredit götürmək ciddi maliyyə xətası hesab olunur. İvatkina əlavə edib ki, böyük alışlar əvvəlcədən planlaşdırılmalı, tələb olunan məbləğ aylara bölünərək ayrıca yığım hesabında toplanmalıdır. Bu yanaşma impulsiv xərclərin qarşısını alır və maliyyə intizamını gücləndirir.

Mariya İvatkina həmçinin ailələr üçün maliyyə təhlükəsizlik yastığının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ehtiyat vəsaiti 3-6 aylıq xərcləri əhatə etməli, təcili hallar zamanı dərhal istifadə oluna bilməsi üçün yığım hesabında saxlanılmalıdır.

Ekspert bahalı kreditləri olan ailələrə borcların 2026-cı ildə sürətləndiririlmiş qaydada ödənilməsini tövsiyə edib. O, borcların bağlanması üçün "çovğun" ( əvvəlcə faiz dərəcəsi ən yüksək olan kreditin bağlanması ) və "qar topu" ( ən kiçik məbləğli borcun birinci ödənilməsi ) metodlarını xatırladaraq, birincinin maliyyə baxımından daha sərfəli olduğunu bildirib. Gözlənilən faiz dərəcəsi azalması fonunda mövcud kreditlərin refinanslaşdırılmasının da məqsədəuyğun ola biləcəyi qeyd edilib.

İvatkina, həmçinin, ipoteka götürməzdən əvvəl borc yükünün qiymətləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ailə büdcəsinin 40 faizindən çoxunun kredit ödənişlərinə yönəlməsi riskli göstərici sayılır və ilkin ödəniş əvvəlcədən ayrıca yığıma hesablanmalıdır.

Dünya xəritəsi dəyişir - Tarixi qərar
Dünya xəritəsi dəyişir - Tarixi qərar
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Rusiya ordusu Dneprə hücum etdi
Rusiya ordusu Dneprə hücum etdi
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Putin Kadırovun oğlunu mükafatlandırdı
Putin Kadırovun oğlunu mükafatlandırdı