veten informasiya agentliyi

Bu şəxslərə dəfn pulu VERİLMİR

Tarix:11-12-2025, 11:00
Baxış Sayı:95

 Bu şəxslərə dəfn pulu VERİLMİR

Azərbaycanda vəfat edən şəxslərə görə ödənilən vəsaitlər onların sosial statusundan asılı olaraq dəyişir. Bəs işləməyən və pensiya almayan şəxslər vəfat etdikdə, ailələrinə dəfn pulu verilməsi nəzərdə tutulur?

 Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bu barədə Metbuat.az-a açıqlama verib. O bildirib ki, dəfn pulu yalnız sığortalanan şəxslərə verilir:

“Yəni şəxs işləyirsə, o, məcburi dövlət icbari sığortasına cəlb olunur və buna görə dəfn müavinətinə hüququ yaranır. Həmçinin şəxs pensiyaçıdursa, əmək pensiyasına çıxıbsa, o da sığortalanmış sayılır və bu müavinət ona da şamil edilir. Əgər şəxs sığorta sisteminin əhatəsində deyilsə, bu halda dəfn pulu verilmir. Qanunun məntiqi də məhz bundan ibarətdir. Çünki ölkədə sığorta sisteminə keçid edilib və mexanizm bu prinsiplə işləyir. Bunun ədalətli olub-olmaması ayrıca müzakirə mövzusudur, amma Dövlət Sosial Müdafiə Fondunun belə bir öhdəliyi yoxdur”.

S.Məmmədovun sözlərinə görə, dövlət istəsə, bunu ayrıca öz büdcəsindən ödəyə bilər:

“Məsələn, əmək pensiyası almaq hüququ olmayan şəxslərə 65 yaşına çatdıqları zaman yaşa görə müavinət verilməsi kimi addım atıla bilər, amma bu artıq DSMF-in borcu deyil”.

"Bozbash pictures" niyə dağıldı?
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Naxçıvanda əhalinin sayı artıb
Naxçıvanda əhalinin sayı artıb
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi
Sabiq başçının bacısı oğluna vəzifə verildi
Sabiq başçının bacısı oğluna vəzifə verildi
Hacıqabulda 3 kiloqram narkotik vasitə aşkarlanıdı
Hacıqabulda 3 kiloqram narkotik vasitə aşkarlanıdı
Xocalıda yaşayış evinə ayı girdi
Xocalıda yaşayış evinə ayı girdi
Ali Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar verdi
Ali Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar verdi