veten informasiya agentliyi

Kəbəyə getmək istəyənlərin nəzərinə - Yeni qadağa qüvvəyə minir

Tarix:9-12-2025, 10:34
Baxış Sayı:90

 Kəbəyə getmək istəyənlərin nəzərinə - Yeni qadağa qüvvəyə minir

Səudiyyə Ərəbistanı 2026 Həcc mövsümü öncəsi mühüm qərar qəbul edib. Məlumata görə, Kəbənin yerləşdiyi Məscidül-Həramda və Mədinədəki Məscidün-Nəbəvinin bütün ərazilərində foto və video çəkilişi rəsmi olaraq qadağan olunur. Qərarın məqsədi ziyarətçilərin məhrəmiyyətini qorumaq və ibadət zamanı mənəvi sükunəti təmin etməkdir.




Səudiyyə rəhbərliyi bildirib ki, qadağa müqəddəs məkanların hörmətini qorumaq və ibadət edənlərin diqqətinin dağılmasının qarşısını almaq üçün tətbiq edilir. Yeni qaydalara əsasən Məscidül-Həramın və Məscidün-Nəbəvinin istisnasız bütün hissələrində foto və video çəkmək qadağandır.




Qaydanı pozan ziyarətçilər barəsində inzibati tədbir görüləcək.




İcazəsiz çəkiliş üçün istifadə olunan cihazlar müsadirə olunacaq.




Qayda pozuntusu ilə bağlı hüquqi prosedur da işə düşəcək.




Bu qərar 2026-cı il Həcc mövsümü başlamadan tətbiq olunmağa başlayacaq və bütün ziyarətçilərin buna riayət etməsi tələb olunur.




Səudiyyə Ərəbistanı açıqlamasında vurğulayıb ki, bu addım həm ibadətin ruhani atmosferini qorumağa, həm də ziyarətçilərin fərdi məxfiliyini təmin etməyə xidmət edir.

Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
"Bozbash pictures" niyə dağıldı?
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Naxçıvanda əhalinin sayı artıb
Naxçıvanda əhalinin sayı artıb
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi