veten informasiya agentliyi

Yeni ildə neçə gün iş olmayacaq?

Tarix:9-12-2025, 10:31
Baxış Sayı:92

 Yeni ildə neçə gün iş olmayacaq?

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətilin elan olunması hələ də ictimaiyyətin gündəmindədir. Müzakirələr əsasən bayram günlərinin ardıcıllığını təmin etmək məqsədilə aparılır.

Əvvəlcə mediada məlumat yayıldı ki, 2025-ci ilin 29, 30, 31 dekabr və 2026-cı ilin 1, 2, 3, 4 yanvar tarixləri qeyri-iş günü olacaq. Belə ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci ilin 29 və 30 dekabr iş günləri 27 və 28 dekabr şənbə-bazar günləri ilə əvəz ediləcək. Nəticədə ölkədə 29 dekabrdan 5 yanvar 2026-cı ilədək bayram tətili yaranacaq.

Lakin Nazirlər Kabineti mediada yayılan xəbərlərlə bağlı rəsmi açıqlama verərək bildirdi ki, hələlik belə bir qərar qəbul edilməyib. Rəsmi qərarın verilməsi üçün yekun razılıq gözlənilir.

Qeyd edək ki, əvvəlki illərdə bəzi bayram günlərinin daha əlverişli şəkildə tənzimlənməsi məqsədilə iş və istirahət günlərinin yerdəyişməsi halları müşahidə olunub. Lakin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar əvvəllər belə bir yerdəyişmə edilməyib. Məsələn, 2024-cü ilin dekabr-yanvar dövründə 30 dekabr və 3 yanvar iş günü kimi saxlanılıb və qeyri-iş günləri yalnız 30 dekabr, 1 və 2 yanvar tarixləri üçün elan olunub.

Bir sözlə, əvvəlki illərin təcrübəsinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bu il də 29 və 30 dekabr rəsmi iş günü, 31 dekabr və 1-4 yanvar tarixləri isə qeyri-iş günü kimi qeyd olunacaq. Beləliklə yeni il bayramı ilə əlaqədar istirahət günlərinin sayı - 5 gün olacaq.

İstənilən halda bu məsələnin cavabı Nazirlər Kabinetinin rəsmi qərarından asılı olacaq.

Dünya xəritəsi dəyişir - Tarixi qərar
Dünya xəritəsi dəyişir - Tarixi qərar
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Rusiya ordusu Dneprə hücum etdi
Rusiya ordusu Dneprə hücum etdi
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Putin Kadırovun oğlunu mükafatlandırdı
Putin Kadırovun oğlunu mükafatlandırdı