veten informasiya agentliyi

Süni intellektdən istifadə edən uşaqlarda ciddi risklər üzə çıxdı

Tarix:9-12-2025, 10:15
Baxış Sayı:86

 Süni intellektdən istifadə edən uşaqlarda ciddi risklər üzə çıxdı

Süni intellekt həm uşaqlar üçün öyrənmə aləti, həm də onların davranışlarını müşahidə edən texnoloji "tərəfdaş"a çevrilib. Mütəxəssislər bildirirlər ki, süni intellekt real istifadəçi davranışlarını, sual tiplərini və ünsiyyət formalarını izləyərək inkişaf edir. Bu prosesdə uşaqlar həm öncül istifadəçilər, həm də sınaq obyektləri rolunu oynayırlar.

ABŞ-da aparılan müşahidələr yeniyetmələrin evdə və məktəbdə valideynlərindən daha çox süni intellektə müraciət etdiyini göstərir. Onlar ev tapşırıqlarında, ünsiyyətdə və gündəlik suallarda süni intellektdən  geniş istifadə edirlər.

Tədqiqatlar göstərir ki, süni intellektdən kömək alan şagirdlərin beyin fəallığı azalır və onlar yazdıqları mətnləri daha zəif yadda saxlayırlar. Alimlər bunun uzunmüddətli öyrənmə prosesinə mənfi təsir edə biləcəyini qeyd edirlər.

Süni intellekt uşaqların ev həyatını və əyləncə modelini də dəyişir. Yeniyetmələr arasında "Aİ dostları" sürətlə populyarlaşır. Bəzi uşaqlar şəxsi mövzuları real insanlardan daha çox süni intelleklə bölüşürlər. Bu tendensiya psixoloqlar arasında narahatlıq yaradır.

Bundan başqa, ABŞ-də test mərhələsində olan bəzi süni intellekt oyuncaqlarının uşaqlarla qeyri-münasib dialoqlara girdiyi məlum olub. Bu hallar təhlükəsizlik və etik standartların gücləndirilməsi zərurətini gündəmə gətirib. məhdudiyyətlər hazırlayır

Dünya xəritəsi dəyişir - Tarixi qərar
Dünya xəritəsi dəyişir - Tarixi qərar
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Rusiya ordusu Dneprə hücum etdi
Rusiya ordusu Dneprə hücum etdi
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Putin Kadırovun oğlunu mükafatlandırdı
Putin Kadırovun oğlunu mükafatlandırdı