veten informasiya agentliyi

Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2025) 8 komandamız yüksək nəticə göstərmişdir

Tarix:8-12-2025, 12:22
Baxış Sayı:110

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdən ibarət 8 komandamız Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2025) yüksək nəticə göstəriblər.
1. İsmayıllı şəhər N.Behdiyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin "EcoClean" komandası "Boat Racing" kateqoriyası üzrə I yerə layiq görülüblər. (mentor; Ağamalıyev Şaiq Qənbər oğlu, şagirdlər; İsgəndərov Əlixan Orxan oğlu-VIII sinif, Hüseyinli Səriyyə Həsən qızı-VIII sinif, Aliyeva Gülnur Nəriman qızı-IX sinif)
2. İsmayıllı şəhər N.Behdiyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin "Rovex" komandası "Mexatronika" kateqoriyası üzrə I yerə layiq görülüblər. (mentor; Ağamalıyev Şaiq Qənbər oğlu, şagirdlər; Adgözəlov Sirac Murad oğlu-VIII sinif, Rəhmanov Emil Zəka oğlu-VIII sinif)
3. İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin "Mühəndis" komandası "Innovation and Entrepreneurship" kateqoriyası üzrə III yerə layiq görülüblər. (mentor; Ağayeva Əminə Bəxtiyar qızı, şagirdlər; Mustafayev Əhməd Səxavət oğlu-VII sinif, İmamverdiyeva Səadət Ramiz qızı-X sinif )
4. İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin "RoboKumo" komandası "VidX: AI Motion Challenge" kateqoriyası üzrə III yerə layiq görülüblər. (mentor; Ağayeva Vəfa Fərhad qızı, şagirdlər; Mehdiyeva Səma Elnur qızı-VI sinif, Osmanlı Əhməd Sübhan oğlu-VI sinif)
5. Şamaxı rayon Həmyəli kənd tam orta ümumtəhsil məktəbinin "Okeonoroq" komandası "Boat Racing" kateqoriyasında "Gəmi dizaynı" nominasiyası üzrə I yerə layiq görülüblər. (mentor; Qurbanov Zaman Fərzalı oğlu, şagirdlər; Cavadlı Məhməd Fəqan oğlu-X sinif, Vəliyev Ramin Mirzə oğlu-X sinif, Vəliyev Ayxan Səxavət oğlu-X sinif)
6. Şamaxı Avropa Liseyinin "Zəfər Şamaxı" komandası "RoboGames" kateqoriyası üzrə IV yerə layiq görülüblər. (mentor; İsmayılova Aygün Rusxat qızı, şagirdlər; İsmayılzadə Mədinə Ağacan qızı-IX sinif, İsmayılzadə Ayla Ağacan qızı-VII sinif)
7. İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin "V12" komandası "H2 Grand Prix PRO" kateqoriyası üzrə IV yerə layiq görülüblər. (mentor; Ağayeva Vəfa Fərhad qızı, şagirdlər; Eminova Dəniz Zülfü qızı-X sinif, Nəbiyev Murad Elçin oğlu-X sinif, Mərdanova Fatimə Elnur qızı-X sinif, Salihli Asim Vüsal oğlu-X sinif)
8. İsmayıllı şəhər N.Behdiyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin "Femida" komandası "Next Gen Greators" kateqoriyası üzrə IV yerə layiq görülüblər. (mentor; Məmmədova Mahirə Əlixan qızı, şagirdlər; İsgəndərov Ömər Cəlal oğlu-IX sinif, Həsənli Ömər Mübariz oğlu-IX sinif)
Şagirdlərimizi və onların müəllimlərini təbrik edir, onlara gələcəkdə daha yüksək uğurlar arzulayırıq.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #Saf2025 #STEAM #Şagird #YüksəkNəticə

Dünya xəritəsi dəyişir - Tarixi qərar
Dünya xəritəsi dəyişir - Tarixi qərar
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Rusiya ordusu Dneprə hücum etdi
Rusiya ordusu Dneprə hücum etdi
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Putin Kadırovun oğlunu mükafatlandırdı
Putin Kadırovun oğlunu mükafatlandırdı