veten informasiya agentliyi

Erkən nigahlara görə cəzalar niyə artırılmır? - HÜQUQŞÜNAS AÇIQLADI

Tarix:4-12-2025, 10:23
Baxış Sayı:76

 Erkən nigahlara görə cəzalar niyə artırılmır? - HÜQUQŞÜNAS AÇIQLADI

Son vaxtlar ölkədə erkən nigahların sayı durmadan artır. Xüsusi ilədə bölgələrdə 15-16 yaşında qızların özlərindən iki dəfə böyük 30-35 yaşlarında evləndirilməsi adi hal alıb. Elə bu yaxınlarda bölgələrimizdən birində erkən hamiləlik səbəbi ilə 17 yaşlı qız dünyasını dəyişdi. Bəs erkən nigahlara görə cəzalar niyə artırılmır?


Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov açıqlamasında bildirdi ki, erkən nigahla bağlı həmin bölgədə yaşayan qonşular mütləq şəkildə bu haqda polisə məlumat verməlidir. Onun sözlərinə görə, məktəb direktorları tərəfindən əgər uşaq məktəbə gəlmirsə, bu haqda polisə məlumat verilməlidir: "Erkən nigahla bağlı əgər həmin azyaşlıya "toy" edilibsə, həmin toy görüntüləri Hüquq Mühafizə Orqanlarına sübut kimi təqdim oluna bilər. Məktəb direktorları və Təhsil Şöbələri valideynlər barədə polisə məlumat verməlidirlər ki, şagird uzun müddətdir məktəbə gəlmir və erkən yaşda evləndirilir.

Erkən nigah halında uşaq ailənin əlindən alınmalıdır. Ancaq bunun üçün dövlət maliyyə ayırmalıdır. Yəni bu cür uşaqları dövlətin saxlaması üçün dövlət maliyyə ayırmalıdır. Təssüfki ölkəmizdə dövlət buna maliyyə ayırmır. Ancaq mütləq şəkildə erkən nigahla bağlı cəzalar artırılmalıdır".

Dünya xəritəsi dəyişir - Tarixi qərar
Dünya xəritəsi dəyişir - Tarixi qərar
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Rusiya ordusu Dneprə hücum etdi
Rusiya ordusu Dneprə hücum etdi
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Putin Kadırovun oğlunu mükafatlandırdı
Putin Kadırovun oğlunu mükafatlandırdı