veten informasiya agentliyi

Media subyektlərinin mənfəət vergisinə 5 illik güzəşt təklif olunur

Tarix:2-12-2025, 13:58
Baxış Sayı:92

 Media subyektlərinin mənfəət vergisinə 5 illik güzəşt təklif olunur

Media resurslarının bir hissəsinə vergi güzəştləri təqbiq olunursa, televiziya və radiolara münasibətdə də eyni yanaşmanın sərgilənməsinin nəzərdən keçirilməsi də doğru olar.

Bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

"Bu sıraya uyğun bilindiyi halda texniki avadanlıqların alınması üçün rüsum güzəştləri, media subyektləri üçün mənfəət vergisinin müvəqqəti azaldılması və ya ilk 5 il məhdudlaşdırılmış güzəşt tətbiqi çox mühüm dəstək mexanizmi ola bilər", - deyə o bildirib.

Millət vəkili bildirib ki, bu həm də sözügedən sahəyə investisiya imkanlarının artırılması deməkdir.

"Xarici rəqəmsal platformalar ədalətli vergiyə və öhdəliklərə cəlb olunmalıdırlar. Yerli medianın qorunması və bərabər rəqabəti təmin etmək üçün xarici rəqəmsal platformalara rəqəmsal reklam vergisi tətbiq olunmalı, "TikTok", "Meta", "Google" və digər qlobal resurslar qarşısında yerli təsisçi və ya nümayəndəlik, yerli server və təmsilçilik açmaq açmaq öhdəliyi qoyulmalı, eləcə onlardan uşaq-kontent qaydalarına riayət edilməsi tələb olunmalıdır. Bu addımlar həm dövlət büdcəsinin yükünü azalda, həm reklam bazarını tənzimləyə, həm də informasiya təhlükəsizliyinə mühüm töhfə verə bilər", - deyə deputat qeyd edib.

Dünya xəritəsi dəyişir - Tarixi qərar
Dünya xəritəsi dəyişir - Tarixi qərar
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Rusiya ordusu Dneprə hücum etdi
Rusiya ordusu Dneprə hücum etdi
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Putin Kadırovun oğlunu mükafatlandırdı
Putin Kadırovun oğlunu mükafatlandırdı