veten informasiya agentliyi

Surroqat analıq təklif edənlərlə bağlı xəbərdarlıq – İNSAN ALVERİDİR

Tarix:27-11-2025, 10:40
Baxış Sayı:85

 Surroqat analıq təklif edənlərlə bağlı xəbərdarlıq – İNSAN ALVERİDİR

42-45 min manata surroqat analıq təklif edilir, üstəlik kirayə və bilet pulu da verilir.  "Tik Tok" sosial platformasında bu cür elanlara son günlərdə daha tez-tez rast gəlinir.

Belə səhifələrin sayı isə onlarladır. Paylaşımlarda qadınlara Gürcüstanda daşıyıcı ana olmaq imkanı yaradılacağı və bunun müqabilində yüksək məbləğdə pul ödənəcəyinə dair vəd verilir. Hətta, qadın daha gəncdirsə, ona ödənən məbləğ daha çox olur. Bu ödənişdən əlavə təyyarə bileti, gediş-gəliş və qalmağa yerlə təmin olunacağı bildirilir.

Milli Məclisin səhiyyə komitəsinin üzvü, Müşfiq Məmmədli "Xəzər Xəbər"ə bildirdi ki, parlamentdə qadın donorluğu ilə bağlı qanun qəbul edilməyib. Surroqat ana ilə bağlı hissə "Reproduktiv sağlımlıq haqqında" qanun layihəsindən çıxarılıb.

Millət vəkili qeyd edib ki, qanunvericilikdə surroqat ana anlayışı yoxdur və hüquqi vəziyyəti də müəyyən deyil.

Hüquqşunas Ellada Bayramova isə deyir ki, "Ailə Məcəlləsində "surroqat ana" anlayışı mövcud olsa da, bu prosesin bütün mərhələlərini tənzimləyən konkret hüquqi norma yoxdur. Surroqat ananın hüquqları və öhdəlikləri, doğulacaq uşağın sonrakı hüquqi statusu, eləcə də bu məsələləri əhatə edən "Reproduktiv sağlamlıq haqqında" qanunun hələ də qəbul edilməməsi səbəbindən, surroqat analıq məsələsi qanunvericilik müstəvisində tənzimlənməmiş qalır.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli "Xəzər Xəbər"ə bildirdi ki, polis əməkdaşları insanın istismarı ilə nəticələnən hüquqpozmalara qarşı mübarizə tədbirləri davam etdirirlər. Qadınların surroqat ana, yəni daşıyıcı ana kimi istifadə edilməsi insan alverinin predmetidir və qanunla qadağandır. Belə hüquqazidd hərəkətlər cinayət məsuliyyəti yaradır. Azərbaycanda surroqat ana kimi istifadə edilmə halı qeydə alınmayıb.

Dünya xəritəsi dəyişir - Tarixi qərar
Dünya xəritəsi dəyişir - Tarixi qərar
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Rusiya ordusu Dneprə hücum etdi
Rusiya ordusu Dneprə hücum etdi
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Putin Kadırovun oğlunu mükafatlandırdı
Putin Kadırovun oğlunu mükafatlandırdı