veten informasiya agentliyi

Ordubadda Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib

Tarix:26-11-2025, 17:05
Baxış Sayı:81

Ordubadda Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib
Ordubadda Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib


Bu gün Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Ordubad rayonunda yerləşən yeni tibbi cihazlarla və həkimlərlə təmin edilmiş Ailə Sağlamlıq Mərkəzlərinə Ordubad Rayon İcra Hakimiyyətinin başçısının müavini və ictimayyət nümayəndələri ilə vətəndaşlara göstərilən tibbi xidmətlərə baxış keçirmişdir. Səfər çərçivəsində Dəstə, Vənənd, Dırnıs, Sabirkənd və Tivi Kənd Ailə Sağlamlıq Mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olunub. Baki-xeber.com xəbər verir ki, baxış zamanı səhiyyə naziri Samiq Sadıxov mərkəzlərdə quraşdırılmış tibbi avadanlıqlar, tibbi xidmətlərin təşkili və yaradılmış şərait barədə kənd sakinlərinə ətraflı məlumat verib. Nazir vurğulayıb ki, əhaliyə göstərilən ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə işlər mərhələli şəkildə davam etdiriləcəkdir. Kənd sakinləri yaradılan şərait və göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilən ən mühüm layihələrdən biri Ailə Sağlamlıq Mərkəzlərinin yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsidir. Dövlət Proqramının icrasına uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən mərkəzlərin zəruri tibbi avadanlıqlarla təmin edilməsi məqsədilə genişmiqyaslı satınalmalar həyata keçirilib. Bu çərçivədə Ailə Sağlamlıq Mərkəzlərinə 27 ədəd portativ rentgen aparatı, 27 ədəd hematoloji analizator, 27 ədəd sidik analizatoru, 27 ədəd qanda üç aylıq şəkərin miqdarını ölçən cihaz, 27 ədəd portativ EKQ aparatı, 27 ədəd portativ ultrasəs cihazı, 100 ədəd Ailə Həkimi Çantası və digər vacib tibbi ləvazimatlar təhvil verilib. Əlavə olaraq Ailə Sağlamlıq Mərkəzlərində vaksinasiya prosesinin həyata keçirilməsi, peyvəndləmə prosesinin tam avtomatlaşdırılması, həmçinin peyvəndlərin düzgün saxlanılması məsələlərinin daha etibarlı və effektiv şəkildə həyata keçirilməsi məqsədilə Smart soyuducular alınaraq mərkəzlərə təhvil verilmişdir. Həyata keçirilən bu tədbirlər kənd yaşayış məntəqələrində əhaliyə göstərilən ilkin tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının daha da artırılmasına xidmət edir. GÜNEL

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı