veten informasiya agentliyi

Dərman almadan öncə oxuyun! - Bu fikirlər yanlışdır

Tarix:25-11-2025, 10:22
Baxış Sayı:69

 Dərman almadan öncə oxuyun! - Bu fikirlər yanlışdır

“Dərmanların keyfiyyətinin ölkələr üzrə dəyişməsi fikri yanlışdır”.




Bunu açıqlamasında Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib.




Onun sözlərinə görə ,dərman preparatı hazırlanarkən iki əsas komponentdən istifadə olunur:




“Bunlar formaverici və təsiredici maddələrdir. Təsiredici maddə elmi və texnoloji araşdırmaların nəticəsində müəyyənləşdirilir və dəqiq dozalanır. Hər bir xəstəlik üçün təsiredici maddənin konkret dozası mövcuddur və preparatlar da buna uyğun istehsal edilir. Formaverici maddə isə maye dərmanlarda təmizlənmiş su, tabletlərdə talk, təbaşir tozu və digər köməkçi maddələr ola bilər”.




İlqar Hüseynli bildirib ki, təzyiqi aşağı salmaq üçün istifadə olunan adefanın tərkibindəki təsiredici maddənin dozası bütün dünyada eynidir:




“Sadəcə preparatın adı və ya istehsalçı ölkə dəyişə bilər. Bəzi hallarda eyni tərkibli dərmanların fərqli adlarla satışa çıxması istehlakçılarda keyfiyyət fərqi olduğu barədə yanlış təsəvvür yaradır. Ölkəmizdə dərmanların keyfiyyətinə Mərkəzi Analitik Laboratoriya nəzarət edir. Azərbaycana gətirilən bütün dərman preparatları burada yoxlanıldıqdan sonra onun idxalına icazə verilir.




Sovet dövründə keyfiyyətə nəzarət zəif idi və bəzi dərmanlar heç bir yoxlamadan keçmirdi. Hazırda isə elmin, texnologiyanın inkişafı sayəsində ölkəmizə hər hansı bir zavoddan rəsmi qeydiyyatdan keçirilmədən keyfiyyətsiz dərman gətirilmir”.




İlqar Hüseynlinin sözlərinə görə, klinik praktikada keyfiyyətsiz dərmanları müəyyən etmək çətindir:




"Eyni ad, görünüş və dozada olan preparatdan istifadə edən şəxs onun təsirsiz olduğunu əvvəlcədən ayırd edə bilməz. Yalnız dərmanın dadında və ya xüsusiyyətində şübhə yarandıqda laborator müayinəyə ehtiyac duyulur. Müayinə nəticəsində dərman vasitəsinin istifadəyə yararsız olub-olmadığı müəyyən edilir.




Bəzən xəstələr müəyyən dərmanları uzun müddət və yüksək dozada qəbul etdikdə həmin preparata qarşı vərdiş yaranır. Məsələn, xəstə əvvəl spazmalqonla baş ağrısını aradan qaldırdığı halda, davamlı istifadə nəticəsində dərmanın təsiri azalır. Bu zaman ağrı daha güclü olur və xəstənin daha yüksək dozalı digər preparata ehtiyacı yaranır.




Dərman alan şəxs preparatın orijinallığını müstəqil şəkildə müəyyən edə bilmir. Əgər dərmanın keyfiyyəti ilə bağlı şübhə yaranarsa, vətəndaş müvafiq dövlət qurumlarına müraciət etməlidir. Problem təsdiqləndiyi halda həmin dərmanlar satışdan çıxarılır və apteklərdən yığışdırılır”.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı