veten informasiya agentliyi

Ani baş verən yanğınlardan özümüzü necə qoruyaq? - Ekspert AÇIQLADI

Tarix:25-11-2025, 10:18
Baxış Sayı:85

 Ani baş verən yanğınlardan özümüzü necə qoruyaq? - Ekspert AÇIQLADI

Son zamanlar ardıcıl yanğınların baş verməsi insanların təhlükəsizlik və ilkin yardımı ilə bağlı sualları gündəmə gətirir. 




Bəs ilkin yardım necə olmalıdır? 




Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, yanğın baş verən anlarda insanların panikaya düşməsi vəziyyəti daha da ağırlaşdırır, buna görə də ilkin müdaxilə qaydalarını bilmək həyati əhəmiyyət daşıyır.




"Yanğın zamanı ilk olaraq hadisə yerindən təhlükəsiz məsafəyə çəkilmək və təcili olaraq "112" xidmətinə məlumat vermək lazımdır. Əgər yanğın kiçik həcmdədirsə və alov genişlənməyibsə, onu oddan qoruyan sadə vasitələrlə su, qum və ya yanğınsöndürən balon vasitəsilə söndürmək mümkündür. Yanğın tüstüsü sürətlə yayıldığı üçün otaqdan çıxarkən bədən mümkün qədər yerə yaxın saxlanılmalı və ağız-burun yaş parça ilə örtülməlidir. Elektrik cihazlarının alışdığı hallarda suyun istifadəsi təhlükəlidir və yalnız elektrik cərəyanı tam kəsildikdən sonra müdaxilə edilməlidir".




Ekspert qeyd edib ki, yanğın zamanı liftdən istifadə etmək olmaz və insanların pilləkənlərlə təxliyə olunması uyğundur. Yanğınsöndürmə xidmətinin gəlib çıxmasına qədər doğru addımlar atmaq həm şəxsi təhlükəsizliyi, həm də yanğının böyüməməsini təmin edir.

Dünya xəritəsi dəyişir - Tarixi qərar
Dünya xəritəsi dəyişir - Tarixi qərar
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Rusiya ordusu Dneprə hücum etdi
Rusiya ordusu Dneprə hücum etdi
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Xankəndidə 4 yaşlı uşaq binadan yıxıldı
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Trampın xüsusi elçiləri Zelenskiyə nə deyiblər? - ard-arda üç görüşdən sonra...
Putin Kadırovun oğlunu mükafatlandırdı
Putin Kadırovun oğlunu mükafatlandırdı