veten informasiya agentliyi

“Ara qarışdıran” kimdir? — Masallıda İcra başçısı qalmaqallı bələdiyyə sədrini müdafiə etdi

Tarix:19-11-2025, 12:28
Baxış Sayı:106

“Ara qarışdıran” kimdir? — Masallıda İcra başçısı qalmaqallı bələdiyyə sədrini müdafiə etdi


Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun Sığdaş kəndinə səfəri zamanı səsləndirdiyi “Olan şeylərdir də… həyatda biri ara qarışdıracaq, biri mane olacaq…” kimi ifadələr cəmiyyətdə narazılıq yaradıb.

VİA.AZ Fakt.info-YA İSTİNADƏN xəbər verir ki, icra başçısı bu sözləri son günlər sosial mediada barəsində qalmaqallar yayılan Kolatan bələdiyyəsinin sədri Rauf Cəbiyevə xitabən deyərək, əslində, vətəndaşların haqlı narazılıqlarını “təbii hadisə” kimi təqdim etməyə çalışıb.

Sığdaş kəndində “Hampa dağına” çəkilən yolda aparılan işlərlə tanış olan Araz Əhmədov, Xanalion kəndində yolların bərbad vəziyyətdə olmasına görə bələdiyyə sədrinə irad bildirən sakinləri dolayı yolla qınayan çıxışı ilə diqqət çəkib.

Belə məlum olur ki, icra başçısı "ara qarışdıran" ifadəsini ya bələdiyyə sədrinə etiraz edən kənd sakinləri, yada bu hadisəni ictimailəşdirən jurnalistlər üçün deyib.

Halbuki, sosial şəbəkələrdə işgüzar fəaliyyəti ilə gündəmə gələn, lakin cəmi 6 aylıq fəaliyyəti ərzində daha çox qalmaqallarla yadda qalan Rauf Cəbiyev haqqında çoxsaylı narazılıqlar mövcuddur.

Kəndin adını əsassız şəkildə “Xanaliyan” kimi dəyişdirərək onu erməni toponiminə bənzətməsi, sakinlərlə kobud davranışı, “mənimlə qoz-qoz oynamayın”, “sizin burnunuzdan gəlsin”, “adam kişi olar” kimi təhqiredici ifadələr işlətməsi, üstəlik 11 nəfərə saxta icarə müqaviləsi verməsi və 28 saxta protokol tərtib etməsi barədə iddialar araşdırılmaq əvəzinə, icra başçısının bələdiyyə sədrini açıq şəkildə müdafiə etməsi cəmiyyətdə ciddi suallar doğurur.

Rauf Cəbiyev haqqında səslənən ittihamlar mövcud olduğu halda, rayon rəhbərliyinin məsələni obyektiv araşdırmaq əvəzinə onu “müdafiə etməyə” çalışması yerli sakinlər tərəfindən birmənalı qarşılanmır və idarəçilikdə şəffaflıqla bağlı narahatlığı daha da artırır.


Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
"Bozbash pictures" niyə dağıldı?
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Naxçıvanda əhalinin sayı artıb
Naxçıvanda əhalinin sayı artıb
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi