veten informasiya agentliyi

Dövlət işində olanların NƏZƏRİNƏ: Vahid maaş sistemi olacaq

Tarix:7-10-2025, 12:29
Baxış Sayı:100

 Dövlət işində olanların NƏZƏRİNƏ: Vahid maaş sistemi olacaq

Azərbaycanda əməkhaqlarının vahid sistemdən tənzimlənməsi məsələsi gündəmə gəlib. Hazırda dövlət qurumlarında müxtəlif sahələrdə maaşların müəyyənləşdirilməsində fərqli yanaşmalar var. Bu, isə bəzən eyni vəzifədə çalışan insanların əməkhaqlarında kəskin fərqlərə səbəb olur. 

Məsələ ilə bağlı iqtisadçı Emin Qəribli bildirib ki, bəzən insanlar sadəcə maaşa görə iş yerlərini dəyişirlər. Bu, isə işin keyfiyyətini aşağı salır. Buna görə də dövlət qurumların peşəkar kadr bazası formalaşdıra bilmir. 

Mövzu ilə bağlı deputat Vüqar Bayramov bildirib ki, bu problemlərin aradan qaldırılması üçün vahid maaş sistemi yaradılmalıdır:

"Ayrı-ayrı nazirliklərdə nazir müavini, aparat rəhbəri, şöbə müdiri kimi vəzifələr tutan şəxslərin maaşlarında kəskin fərqlər mövcuddur. Vahid maaş sisteminin tətbiqindən sonra bu fərqlər aradan qalxacaq. 

Vahid yanaşmanın tətbiq edilməsi bir tərəfdən bu fərqin aradan qaldırılmasına gətirib çıxaracaq. Bu, eyni zamanda vəsaitlərə qənaət edilməsi deməkdir. Bu zaman da digər dövlət qurumlarında çalışan əməkhaqlarının artması deməkdir. İlkin gözlənti ondan ibarətdir ki, vahid əməkhaqqı sisteminin təmin edilməsi və bu qənaətin edilməsi bəzi dövlət qurumlarında əmək haqlarının 25-30 faiz artmasına gətirib çıxara bilər". 

Mütəxəssislərin fikrincə, vahid maaş sisteminin tətbiq edilməsi həm işçilərin hüquqlarının qorunmasına, həm də əmək bazarında balansın yaranmasına xidmət edəcək. 

Qeyd edək ki, hazırda məsələ ilə bağlı müzakirələr davam edir.

Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı
Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı
Cəlilabadda 10 yaşlı qız qızdırmadan öldü
Cəlilabadda 10 yaşlı qız qızdırmadan öldü
ABŞ Qətərdə keçiriləcək DÇ-dən imtina etdi - Yaxın Şərqdə ara qarışacaq
ABŞ Qətərdə keçiriləcək DÇ-dən imtina etdi - Yaxın Şərqdə ara qarışacaq
Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq
Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq
Yer kürəsinin tarixində 2,5 milyard il əvvəl nə baş verib? - Alimlər sirri açdı
Yer kürəsinin tarixində 2,5 milyard il əvvəl nə baş verib? - Alimlər sirri açdı
Zəngəzur dəhlizi ilə bağlı İrəvanda mühüm müzakirə
Zəngəzur dəhlizi ilə bağlı İrəvanda mühüm müzakirə
Polad Həşimovun anasının səhhəti ilə bağlı son məlumat
Polad Həşimovun anasının səhhəti ilə bağlı son məlumat