veten informasiya agentliyi

QOBUSTAN İDMANÇISI DADAŞ DADAŞBƏYLİ DÜNYA ÇEMPİONATININ GÜMÜŞ MEDALÇISI OLDU!

Tarix:16-12-2024, 10:54
Baxış Sayı:215

QOBUSTAN İDMANÇISI DADAŞ DADAŞBƏYLİ DÜNYA ÇEMPİONATININ GÜMÜŞ MEDALÇISI OLDU!
5-15 dekabr tarixlərində Bəhreynin paytaxtı Manamada keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatı başa çatmaq üzrədir. Yarış iştirakçıları arasında Azərbaycan təmsilçisi də var. 109 kq çəki dərəcəsində körpücük üzərinə Dadaş Dadaşbəyli çıxıb və uğur qazanıb!
Atletimiz birdən qaldırma hərəkətində 183 kq-ı ram edib və bu hərəkətdə 4-cü olub.
Dadaş təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək tarixi uğur qazanıb. O, 221 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə dünya çempionatının gümüş medalına sahib çıxıb.
Dadaşbəyli toplam 404 kq (183+221) nəticə ilə yekun sıralamada da 2-ci yeri tutaraq fəxri kürsüdə yer alıb.
Dadaş ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanaraq 18 illik fasilədən sonra bu nəticə nail olan ağırlıqqaldıran olmuşdu.
Təbrik edirik!

Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı
Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı
Cəlilabadda 10 yaşlı qız qızdırmadan öldü
Cəlilabadda 10 yaşlı qız qızdırmadan öldü
ABŞ Qətərdə keçiriləcək DÇ-dən imtina etdi - Yaxın Şərqdə ara qarışacaq
ABŞ Qətərdə keçiriləcək DÇ-dən imtina etdi - Yaxın Şərqdə ara qarışacaq
Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq
Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq
Yer kürəsinin tarixində 2,5 milyard il əvvəl nə baş verib? - Alimlər sirri açdı
Yer kürəsinin tarixində 2,5 milyard il əvvəl nə baş verib? - Alimlər sirri açdı
Zəngəzur dəhlizi ilə bağlı İrəvanda mühüm müzakirə
Zəngəzur dəhlizi ilə bağlı İrəvanda mühüm müzakirə
Polad Həşimovun anasının səhhəti ilə bağlı son məlumat
Polad Həşimovun anasının səhhəti ilə bağlı son məlumat