veten informasiya agentliyi

Afrikada ilk dəfə Ebolaya qarşı mRNT peyvəndinin sınağı başladı

Tarix:Dünən, 12:32
Baxış Sayı:2

Afrikada ilk dəfə Ebolaya qarşı mRNT peyvəndinin sınağı başladı

Uqanda Konqo Demokratik Respublikasında (KDR) davam edən Ebola epidemiyası fonunda Afrikada ilk dəfə “Bundibugyo” Ebola virusuna qarşı mRNT əsaslı namizəd peyvəndin 1-ci faza klinik sınaqlarına start verib.

“mRNA-1469-P102” adlı sınaq Uqandanın tənzimləyici qurumlarının icazəsindən sonra Uqanda Virus Tədqiqatları İnstitutu (UVRI) və ABŞ-nin “Moderna” əczaçılıq şirkətinin əməkdaşlığı ilə həyata keçirilir.

Açıqlanan birgə bəyanatda bildirilir ki, tədqiqat çərçivəsində 1 yaşdan 65 yaşadək təxminən 224 sağlam könüllü üzərində peyvəndin təhlükəsizliyi və immunogenliyi qiymətləndiriləcək. Bəyanatda qeyd olunub: “Könüllülərin müayinəsi və tədqiqata cəlb olunması prosesi artıq başlayıb, iştirakçılar peyvənd vurulduqdan sonra, təxminən bir il müddətində müşahidə altında saxlanılacaqlar”.

Mərkəzi qərargahı Norveçdə yerləşən və epidemiya təhlükələrinə qarşı peyvəndlərin hazırlanmasını maliyyələşdirən Epidemiyalara Hazırlıq İnnovasiyaları Koalisiyası (CEPI) bu peyvəndin hazırlanmasını dəstəkləmək üçün “Moderna” şirkətinə 58,5 milyon ABŞ dolları ayırıb.

Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb
Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı
Dəm qazı yenə can aldı: Bir nəfər xilas edilib
Dəm qazı yenə can aldı: Bir nəfər xilas edilib
Afrikada ilk dəfə Ebolaya qarşı mRNT peyvəndinin sınağı başladı
Afrikada ilk dəfə Ebolaya qarşı mRNT peyvəndinin sınağı başladı
Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
“AzerGold” Daşkəsəndə Tədris Mərkəzi yaratdı
“AzerGold” Daşkəsəndə Tədris Mərkəzi yaratdı
Kənd yumurtası kəskin bahalaşdı
Kənd yumurtası kəskin bahalaşdı
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər