veten informasiya agentliyi

“AzerGold” Daşkəsəndə Tədris Mərkəzi yaratdı

Tarix:Dünən, 12:30
Baxış Sayı:2

“AzerGold” Daşkəsəndə Tədris Mərkəzi yaratdı
“AzerGold” QSC-nin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Cəmiyyətin təşəbbüsü və maliyyə dəstəyi ilə Daşkəsən Tədris Mərkəzi fəaliyyətə başlayıb.

Qurumdan verilən məlumata görə, mərkəzin əsas məqsədi dövlətin təhsil siyasətinə və regionda təhsilin inkişafına töhfə vermək, məktəblilərin ali təhsil müəssisələrinə hazırlıq səviyyəsini yüksəltmək və gələcək peşə seçimlərinə dəstək göstərməkdir. Layihə uzunmüddətli perspektivdə regionda ixtisaslı kadrların yetişdirilməsini, o cümlədən dağ-mədən sənayesinin kadr ehtiyacının yerli mütəxəssislər hesabına qarşılanmasını hədəfləyir.

Layihə çərçivəsində 2012-ci ildən təhsil sahəsində fəaliyyət göstərən “BANİ Seminariyası” ilə əməkdaşlıq edilir. Mərkəzin peşəkar pedaqoji heyətlə təminatı, tədrisin təşkili və idarə olunması tərəfdaş tərəfindən həyata keçirilir. Gəncədə 1000-dən artıq şagirdə təhsil xidməti göstərən seminariyanın ali məktəblərə qəbul göstəricisi 98 faizdir.

“AzerGold” QSC tərəfindən mərkəzin yerləşdiyi bina əsaslı təmir edilərək müasir tədris tələblərinə uyğunlaşdırılıb, zəruri avadanlıq və inventarla təmin olunub. Mərkəzin fəaliyyət xərcləri, şagirdlərin dərs vəsaitləri ilə təminatı, eləcə də ucqar kəndlərdə yaşayan 90 nəfərədək şagirdin gediş-gəlişi Cəmiyyət tərəfindən maliyyələşdirilir.

216 şagird üçün nəzərdə tutulan mərkəzdə hazırda diaqnostik imtahanların nəticələrinə əsasən seçilmiş VII–X siniflərdən 108 məktəbli ödənişsiz hazırlıq kurslarına cəlb olunub. Dərslər məktəbdənkənar vaxtlarda xüsusi proqram əsasında keçirilir.

Layihə regionda məşğulluğun artırılmasına da töhfə verir. Hazırda 23 nəfər işlə təmin olunub. Müəllimlər bilik və bacarıqları qiymətləndirilərək sertifikatlaşdırıldıqdan sonra işə qəbul ediliblər. Ümumilikdə, layihə çərçivəsində 36 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi regionlarda təhsilin dəstəklənməsi və insan kapitalının inkişafı istiqamətində ardıcıl sosial layihələr həyata keçirir. Bu sıraya “Gələcəyin mədənçisi” layihəsi, ali və peşə təhsili üzrə təqaüd proqramı, eləcə də məktəblilərin mütaliə vərdişlərinin inkişafına yönəlmiş təşəbbüslər daxildir.

Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb
Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı
Dəm qazı yenə can aldı: Bir nəfər xilas edilib
Dəm qazı yenə can aldı: Bir nəfər xilas edilib
Afrikada ilk dəfə Ebolaya qarşı mRNT peyvəndinin sınağı başladı
Afrikada ilk dəfə Ebolaya qarşı mRNT peyvəndinin sınağı başladı
Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
“AzerGold” Daşkəsəndə Tədris Mərkəzi yaratdı
“AzerGold” Daşkəsəndə Tədris Mərkəzi yaratdı
Kənd yumurtası kəskin bahalaşdı
Kənd yumurtası kəskin bahalaşdı
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər