veten informasiya agentliyi

Gürcüstandan maşın gətirənlərə pis xəbər - Yeni rüsum tətbiq edildi

Tarix:Dünən, 11:02
Baxış Sayı:0



Gürcüstandan avtomobillərin təkrar ixracı (re-ixracı) üçün 450 lari (təxminən 174 dollar) məbləğində yeni xidmət haqqı tətbiq edilib.

Gürcüstanın Gəlirlər Xidməti tərəfindən tətbiq olunan yeni ödəniş 2026-cı il noyabrın 16-dan qüvvəyə minib.

Yeni rüsum minik avtomobillərinin re-ixracının gömrük rəsmiləşdirilməsinə şamil olunur. Bu qərar Gürcüstan üzərindən Azərbaycana avtomobil gətirən şəxslərin və avtomobil ticarəti ilə məşğul olan sahibkarların xərclərini artıracaq.

Gürcüstanın BM.GE nəşrinin məlumatına görə, indiyədək avtomobillərin re-ixracı ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində təxminən 600 lari məbləğində ödəniş həyata keçirilirdi. Yeni 450 larilik xidmət haqqının əlavə olunması ilə bir avtomobil üzrə ümumi rəsmiləşdirmə xərcləri təxminən 1050 lariyə çatacaq.

Avtomobil İdxalçıları və Avtomobil Sahibləri Assosiasiyasının rəhbəri Aleksi Noniadzenin sözlərinə görə, yeni rüsum avtomobil idxalçıları, dilerlər və logistika şirkətləri üçün əlavə maliyyə yükü yaradacaq. Onun fikrincə, bazarda təklifin tələbi üstələməsi səbəbindən əlavə xərclərin bir hissəsi satıcıların üzərinə düşə bilər.

Qeyd edək ki, Gürcüstan Azərbaycan üçün avtomobillərin əsas re-ixrac istiqamətlərindən biridir. 2026-cı ilin ilk doqquz ayında Gürcüstandan Azərbaycana 150 milyon dollar dəyərində avtomobil ixrac edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz azdır.

Yeni rüsumun Azərbaycana gətirilən avtomobillərin qiymətinə və Gürcüstan üzərindən avtomobil ticarətinin həcminə təsir edəcəyi gözlənilir.

Bakıda səkkiz aylıq hamilə qadın öldü
Bakıda səkkiz aylıq hamilə qadın öldü
Gürcüstandan maşın gətirənlərə pis xəbər - Yeni rüsum tətbiq edildi
Gürcüstandan maşın gətirənlərə pis xəbər - Yeni rüsum tətbiq edildi
Evdəki bu əşyalar uşaqlar üçün ölümcül təhlükəyə çevrilə bilər - Nazirlikdən xəbərdarlıq
Evdəki bu əşyalar uşaqlar üçün ölümcül təhlükəyə çevrilə bilər - Nazirlikdən xəbərdarlıq
Bakıdakı məşhur avtosalon bağlandı - Yerində market açılacaq
Bakıdakı məşhur avtosalon bağlandı - Yerində market açılacaq
Təhlükəli və köməksiz vəziyyətdə qalan 32 uşaq xilas edildi - FHN
Təhlükəli və köməksiz vəziyyətdə qalan 32 uşaq xilas edildi - FHN
Onlarla ölkəni narahat edən nüvə təhlükəsi - Bu qış nələr baş verə bilər?
Onlarla ölkəni narahat edən nüvə təhlükəsi - Bu qış nələr baş verə bilər?
Ukrayna Krım körpüsünə yenə də hücum etdi - Hərəkət dayandırıldı
Ukrayna Krım körpüsünə yenə də hücum etdi - Hərəkət dayandırıldı
Müəllimlərin maaş artımında yeni faizlər
Müəllimlərin maaş artımında yeni faizlər