![]()
Ukrayna Silahlı Qüvvələri (UAF) yenidən Krım körpüsünə hücum edib.
Bu barədə işğaldan sonra Rusiyanın Krıma rəhbər təyin etdiyi Segey Aksyonov məlumat verib.
Hazırda nəqliyyatın hərəkəti dayandırılıb. Aksyonov sakinləri və yarımadaya gələn qonaqları magistral yol istiqamətində hərəkət etməkdən çəkinməyə və marşrut planlaşdırarkən məhdudiyyətləri nəzərə almağa çağırıb.
“Vəziyyətin inkişafı barədə sizə əlavə məlumat verəcəyik”, - Aksyonov bildirib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri 16 noyabr səhəri Krım körpüsünə hücum etmişdi. Medianın məlumatına görə, yarımadadan körpünün sağ tağına pilotsuz təyyarənin döyüş başlığı düşüb.