veten informasiya agentliyi

Rusiyanın üç sənaye müəssisəsinə hücum: Yanğınlar başlayıb

Tarix:Bu gün, 11:51
Baxış Sayı:1



Oktyabrın 28-nə keçən gecə Rusiyanın Lipetsk vilayətindəki Novolipetsk Metallurgiya Kombinatının ərazisində yanğın baş verib. Eyni vaxtda Tula vilayətinin Novomoskovsk şəhərində pilotsuz uçuş aparatlarının hücumu nəticəsində yaşayış evlərinə və sənaye zonasının infrastrukturuna ziyan dəyib.

“Radar Lipetsk” "Telegram" kanalı Lipetskdə sənaye infrastrukturuna kütləvi hücumun dəf edildiyini bildirib. Daha sonra Novolipetsk Metallurgiya Kombinatının (NLMK) ərazisində yanğın baş verdiyi barədə məlumat yayılıb. Ukraynanın "Exilenova+" monitorinq kanalı da müəssisənin ərazisində yanğın olduğunu təsdiqləyib.

Rusiyanın ən böyük polad istehsalçısı olan NLMK ildə 17 milyon ton maye polad istehsal etmək gücünə malikdir.

Tula vilayətinin qubernatoru Dmitri Milyayev isə Novomoskovsk şəhərində Ukrayna PUA-larının kütləvi hücumunun qeydə alındığını açıqlayıb. Onun sözlərinə görə, dron qalıqlarının düşməsi nəticəsində çoxmənzilli yaşayış binasına, fərdi evlərə və yaxınlıqdakı sənaye zonasının infrastrukturuna ziyan dəyib. Xəsarət alanlarla bağlı məlumatlar dəqiqləşdirilir.

Bildirilib ki, hücumun hədəfi Rusiyanın azot gübrələri istehsal edən ən böyük müəssisələrindən biri olan “Azot” kimya zavodu olub. Müəssisədə ammonyak, ammonium nitrat, karbamid və metanol istehsal edilir.

Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
Ukrayna Rusiya ordusunun itkilərini açıqladı
Ukrayna Rusiya ordusunun itkilərini açıqladı
İstanbulda dörd mərtəbəli bina çökdü
İstanbulda dörd mərtəbəli bina çökdü
ABŞ-a Rusiya dizeli daşıyan tankerlər sanksiyalı çıxdı - Tramp çətin vəziyyətdə
ABŞ-a Rusiya dizeli daşıyan tankerlər sanksiyalı çıxdı - Tramp çətin vəziyyətdə
Rusiyanın üç sənaye müəssisəsinə hücum: Yanğınlar başlayıb
Rusiyanın üç sənaye müəssisəsinə hücum: Yanğınlar başlayıb
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək? - Ekspertdən açıqlama
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək? - Ekspertdən açıqlama
Pezeşkian ABŞ və İsrailə xəbərdarlıq etdi: Dünya iqtisadiyyatı təhlükədədir
Pezeşkian ABŞ və İsrailə xəbərdarlıq etdi: Dünya iqtisadiyyatı təhlükədədir
Polis bir gündə 15 qumbara və 5 tüfəng aşkar edib
Polis bir gündə 15 qumbara və 5 tüfəng aşkar edib