![]()
İran prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin İrana qarşı hücumlarının qlobal enerji təhlükəsizliyini və dünya iqtisadiyyatını təhdid etdiyini bildirib.
Pezeşkian bu barədə Rusiyanın paytaxtı Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 8-ci sammitində çıxışı zamanı danışıb.
İran liderinin sözlərinə görə, siyasi danışıqlar davam etdiyi vaxt ABŞ və İsrail İrana iki mərhələdə hərbi hücum həyata keçirib. Pezeşkian bildirib ki, İranın enerji infrastrukturunun dağıdılması və enerji resurslarının tranzitinə süni maneələrin yaradılması qlobal enerji təhlükəsizliyinə və dünya iqtisadiyyatına birbaşa təhdid yaradır.
O, həmçinin ABŞ-ın İrana qarşı sanksiyalarla yanaşı, dəniz və hava blokadası tətbiq etdiyini, digər ölkələri də bu məhdudiyyətlərə əməl etməyə məcbur etdiyini vurğulayıb.
Pezeşkian qeyd edib ki, İran dünyanın təsdiqlənmiş təbii qaz ehtiyatlarının həcminə görə ikinci yerdədir və uzun illərdir davam edən sanksiyalara baxmayaraq, ölkə enerji sektorunda istehsalını artırmağa nail olub.