veten informasiya agentliyi

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

Tarix:Bu gün, 16:34
Baxış Sayı:3



Tanınmış jurnalist, politoloq, ictimai-siyasi xadim və Masallı Rayon İcra Hakimiyyətinin iki dəfə başçısı olmuş Teymur Yəhyayev vəfat edib. O, ömrünün son illərini yaşadığı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib.

Fakt.info-nun mərhumun yaxınlarından əldə etdiyi məlumata görə, Teymur Yəhyayev açıq ürək əməliyyatı keçirib, lakin əməliyyatdan sonra komadan ayılmayıb. Mərhumun nəşinin sabah doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsinə gətiriləcəyi bildirilir.

Teymur Heydər oğlu Yəhyayev 1 yanvar 1955-ci ildə Masallı rayonunun Ərkivan kəndində, Abaslı məhəlləsində hərbçi, polkovnik-leytenant Heydər Yəhyayevin ailəsində dünyaya gəlib.

O, Moskva şəhərində Beynəlxalq Münasibətlər İnstitutunun Jurnalistika fakültəsində ali təhsil alıb. Tələbəlik illərində həmin ali məktəbdə təhsil alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə dostluq münasibətləri qurub.

Peşəkar fəaliyyətinə jurnalist kimi başlayan Teymur Yəhyayev “İTAR-TASS” Analitik-İnformasiya Agentliyində müxbir vəzifəsindən direktor vəzifəsinədək yüksəlib. O, jurnalistika sahəsində qazandığı təcrübə ilə yanaşı, siyasi və ictimai fəaliyyəti ilə də tanınıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 4 noyabr 1991-ci ildə Teymur Yəhyayev Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
1992-ci il iyunun 2-də, Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə, həmin vaxt Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Ali Sovetin sədri İsa Qəmbərovun sərəncamı ilə vəzifəsindən azad olunub. Bu qərar həmin dövrdə Masallıda ciddi narazılıqla qarşılanıb.
Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra, 8 noyabr 1993-cü ildə Teymur Yəhyayev ikinci dəfə Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, 30 iyul 2000-ci ilədək bu vəzifədə çalışıb.

Teymur Yəhyayev siyasət və islahatlar mövzusunda bir neçə kitabın müəllifi olub. Üç xarici dildə sərbəst danışdığı bildirilən mərhum dövlət idarəçiliyi, jurnalistika və biznes sahələrindəki fəaliyyəti ilə yadda qalıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən ayrıldıqdan sonra Rusiya Federasiyasında biznes sahəsində çalışıb.
Teymur Yəhyayevin vəfatı onun doğulduğu Ərkivan qəsəbəsində, Masallıda və onu tanıyan ictimaiyyət arasında kədər doğuran xəbərdir.

Mərhumun ailəsinə, yaxınlarına, dostlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin! Məkanı cənnət olsun. //Fakt.info

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
Maşın bazarında durğunluq: Qiymətlər isə...
Maşın bazarında durğunluq: Qiymətlər isə...
Oktyabrda gözlənilməz isti: Temperatur rekord qırdı, sabah isə...
Oktyabrda gözlənilməz isti: Temperatur rekord qırdı, sabah isə...
Bu şəxslərə benzin və dizel pulsuzdur
Bu şəxslərə benzin və dizel pulsuzdur
Rusiyadan Yaponiyaya sərt xəbərdarlıq: Törətdiklərinizi unutmayın
Rusiyadan Yaponiyaya sərt xəbərdarlıq: Törətdiklərinizi unutmayın
Makronun çətin sınağı: Radikal sağ və sol yaxınlaşdı, "sarı jiletlilər" küçələrə çıxır
Makronun çətin sınağı: Radikal sağ və sol yaxınlaşdı, "sarı jiletlilər" küçələrə çıxır
997 hektar ərazi minalardan təmizləndi
997 hektar ərazi minalardan təmizləndi
Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama