![]()
Sankt-Peterburqda havanın temperaturu son illərin rekord göstəricisini yeniləyib.
Bu barədə “Fobos” hava proqnozları mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus məlumat verib.
Onun sözlərinə görə, şəhərdə havanın temperaturu müsbət 13 dərəcəyə çatıb. Beləliklə, 2019-cu ildə qeydə alınmış 12,5 dərəcəlik sutkalıq rekord geridə qalıb.
Meteoroloq bildirib ki, gün ərzində havanın temperaturu 12-14 dərəcə isti olacaq. Küləyin sürəti saniyədə 9 metrə çatacaq, atmosfer təzyiqi isə yüksələcək.
Oktyabrın 27-də Sankt-Peterburqda 10-12 dərəcə isti gözlənilir.