veten informasiya agentliyi

Görkəmli elm xadiminin 70 illiyinə sanballı biblioqrafik nəşr

Tarix:8-09-2026, 16:23
Baxış Sayı:7



Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında “Görkəmli elm xadimləri” seriyasının növbəti nəşri çap olunub. Nəşr AMEA-nın müxbir üzvü, aqrar elmlər doktoru, professor, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərovun həyat və elmi fəaliyyətinə həsr edilib.

Alimin 70 illik yubileyi münasibətilə hazırlanan biblioqrafik göstərici AMEA Rəyasət Heyətinin müvafiq qərarı əsasında “Elm” nəşriyyatında işıq üzü görüb.

“Görkəmli elm xadimləri” seriyası çərçivəsində tərtib olunan nəşrdə professor İbrahim Cəfərovun həyat və fəaliyyətinin əsas mərhələləri, elmi yaradıcılığının xronologiyası, kitabları, elmi məqalələri və digər əsərlərinin geniş biblioqrafiyası təqdim olunur.

İbrahim Cəfərovun elmi tədqiqatları əsasən Naxçıvan Muxtar Respublikası şəraitində üzüm bitkilərinin xəstəlikləri və onlara qarşı mübarizə üsulları, Azərbaycanın çəyirdəkli meyvə bitkilərinin mikobiotası, eləcə də ekoloji əkinçilik sistemində bitki mühafizəsinin elmi-praktik istiqamətlərini əhatə edir.

Alim ölkədə və xaricdə nəşr olunmuş 178 elmi əsərin, o cümlədən 4 dərslik və dərs vəsaitinin müəllifidir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 7 fəlsəfə doktoru və 1 elmlər doktoru dissertasiyası uğurla müdafiə olunub.

Nəşrin elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktorları Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə həmin şöbənin əməkdaşı Həmidə Mehbalıyevadır.

Biblioqrafik göstərici kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislər, tədqiqatçılar, müəllimlər, ali məktəb tələbələri və bu sahə ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Nəşrin elektron versiyası ilə MEK-in rəsmi saytının “Elektron kitabxana” bölməsində tanış olmaq mümkündür.

Hamlet Qasımov,
XQ-nin Gəncəbasar müxbiri,
Gəncə

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir