veten informasiya agentliyi

Sürücülər bu mahnılara qulaq asmasın!

Tarix:Bu gün, 11:34
Baxış Sayı:0



Ritmləri sürətli musiqi avtomobil idarə edən şəxsin daha çox qaz pedalına basmasına və yola diqqətinin azalmasına səbəb ola bilər.

Yeni araşdırmada “Spotify”ın avtomobil səfərləri üçün hazırlanan populyar pleylistləri təhlil edilib. Mütəxəssislər 30 pleylistdə ən çox rast gəlinən 50 mahnını seçərək onların ritmini müqayisə ediblər.

Araşdırmaya əsasən, dəqiqədə 120 vuruşdan (BPM) daha sürətli musiqilər sürücünün daha yüksək sürətlə hərəkət etməsi, diqqətinin azalması və sükan arxasında daha çox səhvə yol verməsi ilə əlaqəli ola bilər.

Siyahının ilk pilləsində Ed Sheeranın “Shape of You” mahnısı qərarlaşıb. Kompozisiyanın tempi 192 BPM-dir. Mahnı araşdırılan 30 pleylistin 24-də yer alıb və “Spotify”da 5 milyarddan çox dinlənilib.

Ən yüksək tempə malik və sürücülər üçün potensial risk yarada biləcək 10 mahnı belə sıralanıb:

Ed Sheeran — “Shape of You”

Oasis — “Wonderwall”

The Kid Laroi & Justin Bieber — “Stay”

Billy Idol — “Rebel Yell”

Blondie — “One Way or Another”

Pharrell Williams — “Happy”

Outkast — “Hey Ya!”

Queen — “Don’t Stop Me Now”

The Killers — “Mr. Brightside”

Bruno Mars — “Locked Out of Heaven”

Mütəxəssislər xüsusilə vurğulayıblar ki, sözügedən mahnıların özləri avtomatik olaraq təhlükəli deyil. Söhbət sürətli musiqi tempi ilə sürücünün davranışı arasındakı mümkün əlaqədən gedir.

Alimlərin fikrincə, bu təsir avtonom sinir sisteminin fəaliyyəti və ritmik sinxronizasiya adlanan proseslə bağlı ola bilər. İnsan fərqinə varmadan davranışlarını musiqinin ritminə uyğunlaşdıra bilər.

Daha sakit və təhlükəsiz sürüş üçün isə tədqiqatçılar tempi 60-100 BPM arasında olan musiqilərə üstünlük verməyi tövsiyə edirlər. (Axşam.az)

Bu ölkədə vətəndaşlıq almaq daha da çətinləşəcək
Bu ölkədə vətəndaşlıq almaq daha da çətinləşəcək
Sürücülər bu mahnılara qulaq asmasın!
Sürücülər bu mahnılara qulaq asmasın!
Hava ilə bağlı narahatlıq doğuran xəbərlər yayıldı - Bakıda nə baş verəcək?
Hava ilə bağlı narahatlıq doğuran xəbərlər yayıldı - Bakıda nə baş verəcək?
Balakəndə 21 kiloqramdan artıq narkotik aşkarlandı
Balakəndə 21 kiloqramdan artıq narkotik aşkarlandı
Hacıqabulda ağır qəza: 2 nəfər öldü
Hacıqabulda ağır qəza: 2 nəfər öldü
Bakıdakı yağış aylıq normanın 133%-ni təşkil edir
Bakıdakı yağış aylıq normanın 133%-ni təşkil edir
Küləkli havada 4 nəfər xəsarət alıb
Küləkli havada 4 nəfər xəsarət alıb
Bir gündə 44 cinayətin üstü açıldı, 156 axtarışda olan şəxs saxlanıldı
Bir gündə 44 cinayətin üstü açıldı, 156 axtarışda olan şəxs saxlanıldı