veten informasiya agentliyi

İrandan Yaxın Şərq ölkələrinə ultimatum - Zərbələr endiriləcək

Tarix:Bu gün, 10:16
Baxış Sayı:0



İran silahlı münaqişənin yenidən başlanacağı təqdirdə Yaxın Şərq ölkələrindən ABŞ-a dəstəyi dayandırmağı tələb edib.

Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fəda-Hüseyn Maleki "RİA Novosti"yə bildirib.

“Region ölkələrinə ultimatum verilib: ABŞ-a istənilən formada dəstəkdən imtina etmək”, – deputat deyib.

O diqqətə çatdırıb ki, 40 gün davam edən hərbi əməliyyatlar zamanı Tehran Vaşinqtonun hücumlar üçün istifadə etdiyi istənilən dövlətin ərazisindəki hərbi bazalara zərbələr endirib.

Malekinin sözlərinə görə, münaqişə yenidən başlayarsa, İran hansı dövlətlərin ABŞ-a dəstək verməyə davam etdiyini müəyyən edə biləcək. Deputat xəbərdarlıq edib ki, belə ölkələr düşmən statusu alacaq və İslam Respublikası onlara qarşı hərbi bazalara hücumlarla məhdudlaşmayan qərarlar qəbul etməyə başlaya bilər.

Bundan əlavə, deputat Tehranının Vaşinqtonla danışıqlar aparmaq imkanını nəzərdən keçirməyə hazır olduğunu bildirib. Dialoqun bərpası üçün isə əsas şərt cari ilin iyununda imzalanmış İslamabad memorandumunun yerinə yetirilməsidir.

Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
Taksilərin ən bahalı olduğu şəhərlər
Taksilərin ən bahalı olduğu şəhərlər
Bu gün yağış yağacaq - PROQNOZ
Bu gün yağış yağacaq - PROQNOZ
"Qiyamət günü balığı" sahilə çıxdı - Planetimiz dəhşətli fəlakətlə üzləşəcək?
"Qiyamət günü balığı" sahilə çıxdı - Planetimiz dəhşətli fəlakətlə üzləşəcək?
İrandan Yaxın Şərq ölkələrinə ultimatum - Zərbələr endiriləcək
İrandan Yaxın Şərq ölkələrinə ultimatum - Zərbələr endiriləcək
Qızıl bazarında son vəziyyət
Qızıl bazarında son vəziyyət
Moskvaya doğru uçan 155 PUA vuruldu
Moskvaya doğru uçan 155 PUA vuruldu
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə