veten informasiya agentliyi

Hava ilə bağlı narahatlıq doğuran xəbərlər yayıldı - Bakıda nə baş verəcək?

Tarix:8-09-2026, 11:32
Baxış Sayı:3



Bakıda yağışlı havanın davam edəcəyi gözlənilir. Payızın gəlişi ilə yağıntıların artacağı gözlənildiyindən, güclü yağışların şəhər infrastrukturuna yarada biləcəyi risklər də yenidən gündəmə gəlir.

Bu barədə Globalinfo.az-a ekoloq Sadiq Həsənov danışıb. O deyib ki, yağışlı hava şəraiti gözlənilən idi:

“Çünki yay aylarının həddindən artıq isti keçməsi və quraq havaların uzunmüddətli olması buxarlanma səviyyəsini artırıb. Beləliklə, atmosferdə rütubətin səviyyəsi yüksəlib. Bu da yağıntıların formalaşmasına təsir edən əsas amillərdən biridir”.

Ekoloqun sözlərinə görə, son dövrlərdə qısa müddət ərzində çox böyük həcmdə yağıntıların düşməsi, nəticədə isə sel və daşqınların baş verməsi hallarını daha çox müşahidə edirik:

“Bəzən bir neçə gün ərzində düşməli olan yağıntı çox qısa müddətdə düşür. Aidiyyəti dövlət qurumları Bakı şəhərində, eləcə də digər regionlarda qabaqlayıcı tədbirlər görməlidirlər. Çünki güclü yağış və sel zamanı hansı fəsadların yarandığını artıq görmüşük”.

S.Həsənov bildirib ki, rayonlarda nəzarət gücləndirilməlidir:

“Xüsusilə Azərbaycanın qərb və dağlıq rayonlarında – Oğuz, İsmayıllı, Şamaxı, Qax, Zaqatala və Balakən ərazilərində daha intensiv yağıntıların müşahidə olunması ehtimalı var. Biz bu proseslərin qarşısını tamamilə almaq gücündə deyilik. Lakin erkən xəbərdarlıq sistemləri gücləndirilməli, müvafiq tədbirlər planları hazırlanmalı və belə hava şəraitində mümkün fəsadların minimuma endirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülməlidir. Çünki yağıntıların qısa müddətdə və həddindən artıq çox düşməsi nəticəsində qəfil sellərin yaranması artıq təbii risklərdən birinə çevrilib və bu, insanlara, yaşayış məntəqələrinə və infrastruktura ciddi zərər vura bilər.

Ümid edirəm ki, budəfəki yağışlar zamanı əvvəlki hadisələrdə müşahidə etdiyimiz fəsadların təkrarlanmasının qarşısını almaq üçün daha hazırlıqlı olacağıq”.

Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
Bakıda ilk kazinonun açılacağı tarix elan edildi
Bakıda ilk kazinonun açılacağı tarix elan edildi
Rusiya bazarında Azərbaycan möhürü - Moskva buna sərvət xərcləyir
Rusiya bazarında Azərbaycan möhürü - Moskva buna sərvət xərcləyir
KXDR-də dünyanın ən güclü silahlı qüvvələri yaradılacaq - Kim Çen In tapşırıq verdi
KXDR-də dünyanın ən güclü silahlı qüvvələri yaradılacaq - Kim Çen In tapşırıq verdi
Avtobus və metroda gedişhaqqı dəyişə bilər - Sərnişinlərə şad xəbər
Avtobus və metroda gedişhaqqı dəyişə bilər - Sərnişinlərə şad xəbər
ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər