veten informasiya agentliyi

Rusiya bazarında Azərbaycan möhürü - Moskva buna sərvət xərcləyir

Tarix:Bu gün, 09:44
Baxış Sayı:0



Rusiya Azərbaycanın meyvə və tərəvəz məhsullarının ən böyük idxalçısına çevrilib.

2026-cı ilin ilk 8 ayında Azərbaycanın meyvə-tərəvəz ixracının ümumi dəyərinin 83,1 faizi Rusiyanın payına düşüb.

Rusiya Azərbaycandan ən çox pomidor, şaftalı və çiyələk alıb.

Hesabat dövründə Rusiyaya 160,8 milyon dollar dəyərində 134,5 min ton pomidor ixrac edilib.

İkinci yerdə 85,2 milyon dollar dəyərində 61 min ton şaftalı qərarlaşıb.

Üçüncü yerdə isə 81,5 milyon dollar dəyərində 55,3 min ton çiyələk yer alıb.

Maraqlıdır ki, Rusiya 2026-cı ilin may-iyun aylarında Ermənistandan meyvə-tərəvəz idxalına ciddi məhdudiyyətlər tətbiq edib.

Mayın 30-dan Ermənistan pomidoru, xiyarı, bibəri, göyərtisi və çiyələyinin Rusiyaya gətirilməsi qadağan olunub. İyunun 2-dən isə şaftalı, ərik, gilas, albalı, gavalı, nektarin və üzüm də qadağa siyahısına daxil edilib. Rusiya tərəfi qərarları fitosanitar tələblərin pozulması ilə əsaslandırıb.

Bu məhdudiyyətlər Azərbaycan məhsullarının Rusiya bazarında satış imkanlarını genişləndirə bilər. Rusiya İstehsalçı və Təchizatçılar Assosiasiyasının nümayəndəsi Dmitri Leonov da Azərbaycanı Ermənistan məhsullarını əvəz edə biləcək əsas pomidor tədarükçülərindən biri kimi göstərib. (Musavat.com)

Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
Bakıda ilk kazinonun açılacağı tarix elan edildi
Bakıda ilk kazinonun açılacağı tarix elan edildi
Rusiya bazarında Azərbaycan möhürü - Moskva buna sərvət xərcləyir
Rusiya bazarında Azərbaycan möhürü - Moskva buna sərvət xərcləyir
KXDR-də dünyanın ən güclü silahlı qüvvələri yaradılacaq - Kim Çen In tapşırıq verdi
KXDR-də dünyanın ən güclü silahlı qüvvələri yaradılacaq - Kim Çen In tapşırıq verdi
Avtobus və metroda gedişhaqqı dəyişə bilər - Sərnişinlərə şad xəbər
Avtobus və metroda gedişhaqqı dəyişə bilər - Sərnişinlərə şad xəbər
ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər