veten informasiya agentliyi

Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı

Tarix:29-08-2026, 09:54
Baxış Sayı:2




Cənub marşrutlarında yaranan fasilələr və Hörmüz boğazı ətrafında artan qeyri-müəyyənlik fonunda İran ölkənin şimalı və Xəzər dənizi vasitəsilə xarici ticarəti inkişaf etdirmək imkanlarını araşdırır.

Bu barədə "Fars" agentliyində dərc olunan məqalədə bildirilib.

"Bu şəraitdə bəzi ekspertlərin "Xəzər Ekspresi" adlandırdığı yol xüsusilə vacibdir. Bu, İranı şimal limanları vasitəsilə Rusiyaya və daha sonra Avrasiya nəqliyyat şəbəkəsinə birləşdirə biləcək və ölkənin cənub ticarət yollarından asılılığını qismən azaldacaq bir yoldur", - yazıda vurğulanıb.

Qeyd olunub ki, Xəzər dənizi həmçinin Rusiya və Qazaxıstandan zəruri malların, taxılın, kənd təsərrüfatı məhsullarının, ağacın və xammalın idxalı, eləcə də İranın kənd təsərrüfatı, sənaye və tikinti məhsullarının ixracı üçün vacib bir marşruta çevrilə bilər: "Bu şəraitdə prioritet müvafiq sənədin təsdiqini sürətləndirmək deyil, tədqiqatları və onun hərtərəfli nəzərdən keçirilməsini başa çatdırmaq olmalıdır.

İran üçün Xəzər dənizinin əsas problemi təkcə onun sərəncamında nə qədər su və ya dəniz dibi sahəsinin olacağı məsələsi deyil, həm də ölkənin Xəzər dənizindən istifadə etməklə ticarət, tranzit və iqtisadi faydaların hansı hissəsini əldə edə biləcəyi məsələsidir".

Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian hazırda ölkəsi üçün Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldırmaq üçün zəmin yarandığını bildirib. Onun yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirdiyi dövlətlər arasında digər Xəzəryanı ölkə Türkmənistan da var. (Report)

Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
Metroya 302 milyon dollar kredit ayrıldı
Metroya 302 milyon dollar kredit ayrıldı
Tramp Rusiyanın İrana da kömək etmədiyinə inanır - Ağ Evdə nə baş verir?
Tramp Rusiyanın İrana da kömək etmədiyinə inanır - Ağ Evdə nə baş verir?
Yol polisi xəbərdarlıq etdi
Yol polisi xəbərdarlıq etdi
Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar