veten informasiya agentliyi

Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib

Tarix:11-08-2026, 08:09
Baxış Sayı:26

Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyası "Terrorsuz Türkiyə" prosesi çərçivəsində hazırlanan 12 maddəlik qanun layihəsini qəbul edib.

"Milli Həmrəylik və İctimai Bütövlüyün Gücləndirilməsinə dair Qanun Layihəsi" adlanan sənəd 468 deputatın səsi ilə qəbul olunub.

Səsvermədə 88 deputat əleyhinə, 6 deputat isə bitərəf qalıb.

Qanun PKK/KCK terror təşkilatının fəaliyyətinə son qoyulması və silahlarını təhvil verməsi prosesinin hüquqi çərçivəsini müəyyənləşdirir.

Sənəddə müəyyən şərtlər yerinə yetirildikdən sonra təşkilatla əlaqəli bəzi istintaq, məhkəmə və cəza proseslərinin təxirə salınmasına dair hüquqi mexanizmlər nəzərdə tutulur.

Qərar Türkiyədə "Terrorsuz Türkiyə" prosesi baxımından mühüm mərhələ hesab olunur.

Qanunun qüvvəyə minməsi üçün növbəti mərhələdə prezident tərəfindən təsdiqlənərək "Rəsmi Qəzet"də dərc olunması gözlənilir.

Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
Metroya 302 milyon dollar kredit ayrıldı
Metroya 302 milyon dollar kredit ayrıldı
Tramp Rusiyanın İrana da kömək etmədiyinə inanır - Ağ Evdə nə baş verir?
Tramp Rusiyanın İrana da kömək etmədiyinə inanır - Ağ Evdə nə baş verir?
Yol polisi xəbərdarlıq etdi
Yol polisi xəbərdarlıq etdi
Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar