veten informasiya agentliyi

"Titanik"in çəkilişində aktyorları narkotiklə zəhərləyiblər

Tarix:22-07-2026, 07:57
Baxış Sayı:45

"Titanik"in çəkilişində aktyorları narkotiklə zəhərləyiblər

"Titanik" filmində "Kel Hokli" obrazını canlandıran aktyor Billi Zeyn çəkiliş zamanı baş verən qalmaqallı hadisə ilə bağlı danışıb.

Aktyor 1996-cı ildə çəkiliş heyətinə verilən dəniz məhsulları şorbasına naməlum şəxs tərəfindən halüsinogen təsirə malik fensiklidin maddəsinin qatıldığını bildirib.

Hadisə nəticəsində rejissor Ceyms Kemeron və aktyor Bill Pakston da daxil olmaqla 50-dən çox nəfər zəhərlənib. Onların bir qismi xəstəxanaya aparılıb.

Kemeron vəziyyətdən qusaraq xilas olduğunu, Pakston isə çəkiliş meydançasına qayıdıb pivə içdikdən sonra özünü daha yaxşı hiss etdiyini deyib.

Billi Zeyn isə həmin gün çəkilişdə olmadığını bildirib. Onun sözlərinə görə, həmin axşam filmin müasir dövrə aid səhnələri lentə alındığı üçün o, prosesdə iştirak etməyib.

Hadisəni kimin törətdiyi ilə bağlı suala cavab verən aktyor "Nə təsdiq edə, nə də təkzib edə bilərəm" deməklə kifayətlənib.

Zeyn zarafatla əlavə edib ki, bəlkə də "Titanik"in uğurunun əsl sirri məhz bu hadisə olub. Film dövrünün ən çox gəlir gətirən ekran işi olub və 11 "Oskar" mükafatı qazanıb.

Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
Metroya 302 milyon dollar kredit ayrıldı
Metroya 302 milyon dollar kredit ayrıldı
Tramp Rusiyanın İrana da kömək etmədiyinə inanır - Ağ Evdə nə baş verir?
Tramp Rusiyanın İrana da kömək etmədiyinə inanır - Ağ Evdə nə baş verir?
Yol polisi xəbərdarlıq etdi
Yol polisi xəbərdarlıq etdi
Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar